Siyasət

Gürcüstan hökuməti ölkə prezidentini məhkəməyə verib

7 İyun, 2022
2572

Rəsmi səhifə

Gürcüstan Nazirlər Kabineti  Prezident Salome Zurabişviliyə qarşı bir sıra ölkələrə səfir təyin etməkdən imtina etdiyi və nəticədə ölkə Konstitusiyasını pozduğu iddiası ilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Bu barədə iyunun 6-da Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. 

Hökumət aparatının rəhbəri Revaz Cavelidzenin sözlərinə görə, Konstitusiya Məhkəməsinə müraciətə səbəb prezidentin hökumətin təklifi ilə bir sıra ölkələrə səfir təyin etməkdən imtina etməsi olub. Nazirlər Kabinetinin fikrincə, səfirlərin təyin edilməsi və onların vəzifədən azad edilməsi Gürcüstan Prezidentinin konstitusiya səlahiyyətlərinə aid deyil.

“Hökumət Zurabişvilinin diplomatların təyinatı ilə bağlı müvafiq sərəncamları imzalamaqdan imtinasını qanunsuz hesab edir. Gürcüstan hökuməti səfirlərin və diplomatik nümayəndəliklərin rəhbərlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlı Gürcüstan Prezidenti ilə Gürcüstan hökuməti arasında səlahiyyət bölgüsü ilə bağlı konstitusiya şikayətinə aydınlıq gətirilməsini xahiş edir”, - sənəddə deyilir.

Hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyası ilə Prezident arasında mübahisələr Zurabişvilinin mart ayında hökumətin icazəsi olmadan bir sıra Avropa ölkələrinə şəxsi səfərlər etdiyini deməsindən sonra başlayıb. Hakim partiya dövlət başçısını Konstitusiyanı pozmaqda ittiham edib, daha sonra hökumət bildirib ki, Zurabişvili bir sıra səfirlərin təyinatına qarşı çıxıb. Bu diplomatların adları açıqlanmayıb.

“Konstitusiya Gürcüstan Prezidentinə nə icra hakimiyyəti, nə də ölkənin daxili və xarici siyasətinin həyata keçirilməsində iştirak etmək səlahiyyəti vermir. Xarici siyasət məsələləri üzrə qərar qəbul etmək səlahiyyəti yalnız hökumətə məxsusdur. Bu, səfirlərin təyin və ya vəzifədən azad edilməsinə də aiddir”, - deyə Cavelidze bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan şəxslərdən 79 min manat tələb edir

13 Oktyabr 2026

Meydan TV

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərdən 79 min manat tələb edir. “Azadlıq Radiosu”nun xəbərinə görə, qurumun nümayəndəsi oktyabrın 12-də məhkəmədə bu tələblə mülki iddia qaldırıb. “Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Təqsirləndirilən jurnalistlərin ifadələri yekunlaşıb və budəfəki məhkəmə iclasında şahidlərin dindirilməsinə başlanıb. Oktyabrın 12-də, şahid ifadələrindən öncə Dövlət Vergi Xidmətinin hüquqşünası Leyla Hüseynova 79 min manatlıq mülki iddia qaldırıb. Jurnalistlər və vəkillər ondan konkret olaraq kimdən nə qədər tələb edildiyini soruşublar. O isə cavabında bildirib ki, 12 nəfərdən hər...
Siyasət

Praqada Azərbaycanda həbsdə olan qadın jurnalistlərə həsr olunmuş sərgi açılıb

13 Oktyabr 2026

“Free Voices Collective e.V.”

Çexiyanın paytaxtı Praqada “FORUM2000” konfransının 30-cu toplantısı başlayıb. Üç gün davam edəcək tədbir çərçivəsində Azərbaycan və Gürcüstandan siyasi məhbus kimi tanınan qadın məhbuslara həsr edilmiş sərgi təşkil olunub. Sərgi “FORUM2000” və “Free Voices Collective e.V.” təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə hazırda həbsdə olan azərbaycanlı müstəqil jurnalistlər Aynur Elgünəş, Ülviyyə Əli, Fatimə Mövlanlı, Xəyalə Ağayeva, Nərgiz Absalamova, Sevinc Vaqifqızı, Aytac Əhmədova (Tapdıq), Aysel Umudova və Elnarə Qasımovaya dair məlumatlar nümayiş etdirilib.  Stendlərdə, həmçinin gürcü jurnalist Mzia Amaqlobeli, ictimai fəal Nino Dataşvili və müxalif siyasətçi Elena Koştaria haqqında məlumatlar yer alıb. Hər il təşkil olunan “FORUM2000” konfransı siyasətçiləri, ziyalıları və insan...

Seçilmiş Videolar

Toplum TV loqo