Gürcüstan Prezidenti İlham Əliyevin səfəri barədə ona məlumat verilməməsindən şikayətlənib
Rəsmi səhifə
Gürcüstan Prezidenti Salome Zurabişviliyə azərbaycanlı həmkarı İlham Əliyevin Tbilisiyə səfəri barədə məlumat verilməyib və onun istəyinin əksinə olaraq, iki dövlət başçısının görüşü baş tutmayıb.
“Novosti-Georgia” xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasının bəyanatında deyilir.
“Qonşu və dost ölkənin Prezidenti cənab İlham Əliyevin Gürcüstana işgüzar səfəri barədə dövlət başçısına məlumat verilməyib. Gürcüstan Prezidentinin istəyinə və hazırlığına baxmayaraq, təəssüf ki, bütün dövlət başçılarının ölkəyə səfəri zamanı ənənəvi olaraq keçirilən prezidentlərin görüşü baş tutmayıb”, - deyə məlumatda bildirilir.
https://toplum.tv/siyaset/ilham-eliyev-gurcustanla-elaqelerimiz-muttefiqlik-seviyyesine-yukselib
Prezident Administrasiyası vurğulayıb ki, Zurabişvili “Azərbaycan Prezidentini yaxın gələcəkdə rəsmi səfərdə qəbul etməyə hazır olduğunu və arzusunu ifadə edir”.
İlham Əliyev Gürcüstana işgüzar səfəri oktyabrın 24-də baş tutub. Rəsmi məlumatda onun yalnız Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili ilə danışıqlar aparacağı açıqlanıb.
Salome Zurabişvili və İlham Əliyev sonuncu dəfə 2019-cu ilin fevralında, Zurabişvilinin prezident seçilməsindən az sonra Bakıda görüşüblər.
Sonra Gürcüstan dövlətinin başçısı iki dövlətin sərhəd demarkasiya prosedurunun başa çatdırılmasının zəruri olduğunu bəyan edib. Bir qədər sonra da o, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiya olunmamış hissəsində yerləşən orta əsrlərə aid Keşikçidağ (David Qareci - gürcücəsi) monastır kompleksinə baş çəkib.
Bundan sonra Azərbaycan tərəfinin monastıra gedən yolu bağladığı bildirilirdi. Yalnız XİN səviyyəsində aparılan danışıqlardan sonra yol açılmışdı. Azərbaycan və Gürcüstan ictimaiyyəti bu mübahisəli məsələni uzun müddətdir ki, müzakirə edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”