Siyasət

Gürcüstanda LGBT-yə qarşı zorakılıq Azərbaycan üçün niyə təhlükədir?

6 İyul, 2021
2464

AP

Siyasi şərhçi Şahin Cəfərli dünən, iyulun 5-də Tbilisidə LGBT tədbirləri çərçivəsində baş verənləri analiz edib. 

Ş.Cəfərlinin "Feysbuk" hesabında yazdığı yazını təqdim edirik: 

"Bu gün Rusiyanın postsovet məkanında ən ciddi iş apardığı ölkələrdən biri Gürcüstandır. Moskva qonşu ölkədə “yumşaq güc” alətlərindən ustalıqla istifadə edərək ictimai rəyə təsir göstərmək, onu yönləndirmək yolu ilə dövlət siyasətinə və qərarların qəbuluna da təsir imkanları əldə etmək istiqamətində son illər səbrlə, ardıcıl iş aparır. Məqsəd Gürcüstanın avroatlantik inteqrasiyasını əngəlləməkdir və qərarsızlıq, hətta acizlik içərisində olan Qərb bu prosesi uzatdıqca, Rusiya da adım-addım irəliləyir.

Bu gün gürcü LGBT topluluğu öz yürüşünü (“Tbilisi Pride”) keçirməli idi, lakin hökumət təhlükəsizliyi təmin edə bilməyəcəyini bildirdikdən sonra təşkilatçılar tədbiri ləğv etdilər. 

Buna baxmayaraq, Rustaveli prospektinə toplaşan radikal millətçilər həm çəkiliş aparan jurnalistlərə, həm də LGBT ofisinə hücumlar edərək zorakılıq törətdilər.

Əvvəla, onu qeyd etmək lazımdır ki, hökumətin paytaxtda bir neçə yüz iştirakçı ilə keçiriləcək tədbirin təhlükəsizliyini təmin edə bilməməsi qətiyyən inandırıcı deyil. Hətta bu gün baş nazir Qaribaşvili “Tbilisi Pride”ın arxasında Saakaşvilinin dayandığı haqda absurd iddia ilə çıxış edərək məsələni daxili siyasi mübarizə zəmininə çəkmək istədi. Bu, əslində LGBT mənsublarını ölümlə hədələyən destruktiv elementlərə dolayı dəstək deməkdir. “Gürcü Arzusu” hökuməti yeri gələndə bu qatı millətçi-mühafizəkar çevrələrdən öz maraqları naminə istifadə edir, eyni zamanda onların arxasında ölkə daxilində Gürcü Patriarxlığı, ölkə xaricində isə Rusiya kimi qüdrətli mərkəzlərin dayandığını bilir və həmin mərkəzlərlə konfliktə girmək istəmədiyi üçün faşist ünsürlərin açıq şəkildə qanunlara, insan hüquq və azadlıqlarına meydan oxumasına göz yumur.

Bilirsiniz ki, gürcülərin böyük əksəriyyəti pravoslavdır və ruslarla eyni məzhəbin daşıyıcılarıdır. (Az sayda protestant gürcü var və onların baptist kilsəsi hüquq və azadlıqların tərəfdarıdır.) Rusiya əsasən pravoslavlıq amili əsasında öz siyasətini qurur və gürcü toplumunun inanclı kəsimlərinə ortaq dini dəyərlər üzərindən nüfuz edir. Gürcü Pravoslav Kilsəsi açıq rusiyayönümlü mövqe nümayiş etdirmir (yəqin ki, ölkə ərazilərini işğal etmiş Rusiyanın Gürcüstanda nüfuzunun hələlik aşağı olması və əhalinin əksəriyyətinin avroatlantik inteqrasiyanı dəstəkləməsi səbəbi ilə), amma “Gürcü Arzusu” dövründə Kilsə liberal dəyərlərin ölkədə yayılmasına qarşı mübarizənin bastionuna çevrilib. (Bunun özü əslində avrointeqrasiya əleyhinə olmaq deməkdir.) Bugünkü zorakılığa görə məsuliyyət daşıyan əsas təşkilat məhz Kilsədir, çünki onlar “Tbili Pride”a qarşı alternativ aksiya keçirmək çağırışı ilə çıxış etmişdilər. Kilsə artıq Qərb diplomatlarını də açıq tənqid etməkdən çəkinmir.

Milli-mənəvi dəyərlərin əldən getdiyi, liberalizmin gürcüləri dinsiz-imansız kütləyə çevirən bir xəstəlik olduğu yönündə fəal təbliğat aparan şəxslərdən biri Levan Vasadze adlı iş adamıdır. Son illər Gürcüstan ictimai-siyasi həyatında aktivliyi ilə diqqəti cəlb edən bu şəxs Rusiyada bizneslə məşğul idi, onun Putinin ətrafındakı oliqarxlardan Vladimir Yevtuşenkov ilə dostluq münasibətləri var. Vasadze avrasiyaçılığın ideloqu kimi tanınan Aleksandr Dugin, eləcə də hazırda gürcü patriarxının səlahiyyətlərini icra edən (II İlya çox yaşlanıb və ağır xəstədir) yepiskop Şio Muciri ilə də çox yaxındır. İş adamı may ayında “Ertoba, Raoba, İmedi” (Birlik, Mahiyyət, Ümid) adlı siyasi hərəkat yaratdığını və bundan sonra Gürcüstanda siyasi fəaliyyətlə məşğul olacağını bəyan etdi.

Bu təşkilatın təsisindən əvvəl də Gürcüstanda rusiyayönümlü siyasi qüvvələr var idi. Məsələn, parlamentdə təmsil olunan “Vətənpərvərlər İttifaqı” əvvəl hərəkat olan, sonradan partiyalaşan "Gürcü Marşı" və Nino Burcanadzenin partiyası. Burcanadze Qərblə dialoqa açıq, mötədil siyasətçi olduğu üçün onu radikallarla eyni sıraya qoymaq doğru olmaz, Moskvanın da ona tam etimad etdiyini söyləyə bilmərik. “Vətənpərvərlər İttifaqı” və “Gürcü Marşı” isə açıq antiqərb və rusiyayönümlü qüvvələrdir.

Bəs, burada bizə təhlükə törədən məqam nədən ibarətdir?

Məsələ burasındadır ki, liberal dəyərləri əsas hədəf seçən gürcü faşistləri həm də türk düşmənçiliyi ilə bəslənir. Ötən illərdə “Gürcü Marşı”nın fəalları ölkə daxilində türk biznes obyektlərinə hücumlar etmişdilər. Onlar Türkiyənin Batumi başda olmaqla, Gürcüstanı ələ keçirməyə başladığını iddia edir, gürcülərin qan yaddaşındakı türk-islam qorxusunu (Osmanlı və İran hücumları dövrü) oyatmağa və bu fobiyanı diri tutmağa çalışırlar. Bu qüvvələr fürsət gözləyirlər ki, Gürcüstan vətəndaşı olan bizim camaatı oradan qovsunlar. 

Dövlətin içindən nə vaxtsa bu yöndə işarə alsalar, hərəkətə keçəcəklər. Eyni zamanda, bunlar Gürcüstanda növbəti etnik konflikt yaratmaq üçün Rusiyanın əlində çox yaxşı alətdir, bu faktor Gürcüstan hökuməti üzərində psixoloji təzyiq yaradır. (Ehtimal ki, “Gürcü Arzusu” həm də bu səbəbdən onlara münasibətdə ehtiyatlı və tolerant davranmağa məcburdur, bunu dəqiq bilmirəm.)

Bir sözlə, Gürcüstanda LGBT icmasına qarşı zorakılıq bəsit bir məsələ deyil. Bunun həm çox dərinə gedən səbəbləri var, həm də gələcəkdə Gürcüstanın avroatlantik inteqrasiyası, daxili stabilliyi və asayişi, Azərbaycan və Türkiyə ilə münasibətləri baxımından çox təhlükəli nəticələri ola bilər. Ümid edirəm ki, Gürcüstanın indiki hökuməti bunu anlayır.

P. S. Azərbaycanda məsələnin mahiyyətini bilməyən bəzilərinin Gürcüstanda LGBT-yə qarşı hücumları bəyənib dəstəkləməsi bir daha göstərir ki, cəhalət ciddi problemdir".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

İctimai fəal Gürcüstanda izlənildiyini deyir

18 Aprel 2025

Nemət Abbasov/şəxsi arxiv

Gürcüstanda yaşayan azərbaycanlı ictimai fəal Nemət Abbasov naməlum şəxslər tərəfindən izlənildiyini bildirir. O bu barədə “JAMnews”a danışıb. Fəalın sözlərinə görə, 2024-cü il dekabrın 4-də hüquq müdafiəçisi Rüfət Səfərovun həbsindən bir gün sonra o, Meydan TV-yə Azərbaycandakı repressiyalar və insan hüquqları ilə bağlı müsahibə verib. Müsahibənin yayımlanmasından bir neçə gün sonra onun bütün sosial şəbəkə və şəxsi hesablarına qarşı kiber müdaxilə cəhdləri başlayıb. İctimai fəal düşünür ki, onu Gürcüstanda izləyirlər.   Gürcüstanda azərbaycanlı fəallar, xüsusilə mühacirətdə olanlar, təhdidlərlə üzləşirlər. Jurnsalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanaraq Azərbaycana aparılıb və həbs edilib. Bir neçə gün əvvəl azadlığa çıxan jurnalist Əfqan Sadıqov Azərbaycanın...
Siyasət

Ruslan İzzətli 36 yaşını həbsxanada qeyd edir

18 Aprel 2025

sosial media

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli 36 yaşını həbsxanada qeyd edir. Ruslan İzzətli “Toplum TV işi” üzrə həbs edilənlərdən biridir. O, 2024-cü ilin martın 8-də saxlanılıb. Ruslan İzzətli kimdir? Ruslan İzzətli 1989-cu il aprelin 18-də anadan olub. 1996–2007-ci illərdə Bərdə rayonunun Mehdixanlı kənd tam orta məktəbində təhsil alıb. 2008–2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "İncəsənət tarixi" üzrə ali təhsil alıb. Bahçeşehir Universitetində "Qlobal siyasət və beynəlxalq münasibətlər" üzrə magistr dərəcəsi alıb.  2009-2012-ci illərdə Bütöv Azərbaycan Gənclər Təşkilatının sədri olub.  2011-ci ildə Fransanın Strasburq şəhərində Avropa Şurasının nəzdində Siyasi Biliklər Məktəbində təhsil alıb. 2012–2013-cü illərdə Ümid...

Seçilmiş Videolar

Toplum TV loqo