Rəsmi səhifə
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
https://toplum.tv/multimedia/prezident-xalqi-niye-tebrik-etmedi
Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.
İlia Darçiaşvili jurnalistlərə açıqlamasında deyib ki, İlham Əliyevin səfəri çərçivəsində hər iki ölkənin regionda sülh və sabitliyin təmin edilməsindəki rolu müzakirə ediləcək.
"Gürcüstanın Baş naziri və Azərbaycan Prezidenti ikitərəfli əlaqələrimizə dair vacib məsələləri müzakirə etmək fürsəti əldə edəcəklər. Müzakirə ediləcək digər vacib mövzu isə regional çağırışlar fonunda iki ölkənin regionumuzda sülh və sabitliyi necə təmin etməli olduğu və çoxtərəfli formatlarda, regional çağırışlar fonunda mövcud olan bütün məsələlərdir”, - deyə o bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”