Siyasət

İlham Əliyev: "Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq"

16 İyun, 2022
3101

Rəsmi səhifə

Bu gün, iyunun 16-da IX Qlobal Bakı Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev növbəti dəfə Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən danışıb. 

"Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çox çətin olacaq, Azərbaycanın Ermənistanla normal qonşuluğa yönəlmiş səyləri boşa çıxacaq", - deyə dövlət başçısı vurğulayıb. 

İlham Əliyev çıxışında qeyd edib ki, 30 illik işğal Ermənistan əhalisini daha xoşbəxt etmədi, əksinə onlar beynəlxalq ictimaiyyət tərəfindən işğalçılar və təcavüzkarlar kimi tanındılar.

"Müharibə başa çatdıqdan sonra indi hamı onların işğal dövründən nə kimi dağıntılar qoyduqlarını görə bilir. Ona görə də Zəngəzur dəhlizinin açılması ilə bağlı ən tez qərar regionda gələcək sülhün fundamental elementlərindən biridir. Əgər bizə bu gediş-gəliş verilməsə, sülhdən danışmaq çox çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgəyaşayış, normal qonşuluğa yönəlmiş bütün səyləri boşa çıxacaq. Bu bir daha vacib məsələdir və Azərbaycanın bunu tələb etmək hüququ var. Ermənistan hökuməti müvafiq bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkən ölkə kimi bizim tələb etməyə mənəvi haqqımız var”, - deyə Prezident bildirib. 

https://toplum.tv/siyaset/zengezur-dehlizi-nin-temeli-qoyuldu-bes-dehlizin-heqiqeten-acilmasi-ehtimali-varmi

Azərbaycan Prezidenti çıxışlarında tez-tez Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətindən danışır. Ermənistan tərəfi isə bunun qəbuledilməz olduğunu bəyan edir. 

Sonuncu dəfə Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 13-də Qətərə rəsmi səfəri zamanı Zəngəzur dəhlizi məsələsinin ölkəsi üçün qırmızı xətt olduğunu vurğulamışdı. 

"Dəhliz adı verilən formul  bizim üçün qəbuledilməzdir, bu, bizim üçün qırmızı xəttdir, çünki üçtərəfli bəyanata əsasən, yalnız bir dəhliz var, Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi. Amma üçtərəfli bəyanatda kommunikasiyaların açılması ilə bağlı daha bir müddəa da var. Mən dəmir yollarını, avtomobil yollarını nəzərdə tuturam və biz hazırıq, əslində biz artıq qarşılıqlı suverenlik və sərhədlərin toxunulmazlığına hörmət prinsipi əsasında regional kommunikasiyaların açılması məsələsini müzakirə edirik”, - deyə Paşinyan "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirmişdi. 

Onun sözlərinə görə, hazırda Ermənistanla Azərbaycan arasında ən aktual və vacib məsələ Dağlıq Qarabağ məsələsidir. 

Baş nazir demişdi ki, hazırda Azərbaycanla Ermənistan arasında təmaslar var. O, yaxın müddətdə iki ölkənin Dağlıq Qarabağ mövzusuna qayıda biləcəyinə ümid etdiyini vurğulamışdı. 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov: “Umbakı həbsxanasında məhbuslara dərman verilmir”

12 Oktyabr 2026

sosial media

“Toplum TV işi” üzrə 12 il azadlqdan məhrum edilən jurnalist Fərid İsmayılov Umbakı Penitensiar Müəssisəsində saxlanılan məhbusların dərman və istilik problemi ilə üzləşdiyini bildirir. Fərid İsmayılov yazır: “Umbakı Penitensiar Müəssisəsində saxlanılan məhbuslar 1 aydan çoxdur ki, zəruri dərmanlarla təmin olunmur. Məhbuslara verilən cavab isə “İdarə dərman göndərmir” olur. Ağır ürək və şəkər xəstələri çıxılmaz vəziyyətdə qalıblar. Vəziyyətə etiraz edən məhbuslara “Gedin şikayət edin, bizim verəcək cavabımız var” deyilir. Havaların soyumasına baxmayaraq, kameralarda hələ də istilik sistemi işləmir. Bu da onsuz da xəstə olan məhbusların vəziyyətini daha da ağırlaşdırır”. Jurnalistin idiiaları ilə bağlı Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb. "Toplum TV...
Siyasət

Yaxınları: “Aynur Elgünəşin böyrəyinin fəaliyyətini itirmək riski var”

12 Oktyabr 2026

sosial media

“Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətində ciddi problem olduğu bildirilir. Jurnalistin yaxınları onun böyrəyinin fəaliyyətini itirmək riski ilə üzləşdiyini deyirlər. “Oktyabrın 8-də Aynur Elgünəş həbsxanada ultrasəs müayinəsindən keçib. Ötən ay həkim onun böyrəyində 14 mm ölçüdə daş olduğunu, daşın böyrəyə zərər verdiyini və genişlənmə müşahidə olunduğunu bildirmişdi. Son müayinədə daşın ovularaq 11 mm-ə qədər kiçildiyi müəyyən edilib. Lakin həkim müayinədən sonra daşın böyrəyə ciddi zərər vurduğunu və böyrəyin fəaliyyətini itirmək üzrə olduğunu deyib”, - jurnalistin yaxınları bildirib. Aynur Elgünəşin yaxınları bildiriblər ki, jurnalist böyrək ağrısından və yüksək təzyiqdən əziyyət çəkir. Onların sözlərinə görə, o, 22 aydır qanunsuz...

Seçilmiş Videolar

Toplum TV loqo