Siyasət

İntim videosu yayılan daha bir  YAP-çı partiyadan çıxarılır

10 Sentyabr, 2021
4203

Rəsmi səhifə

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Təşkilatdan sentyabrın 10-da verilən məlumata görə, iclasın gündəliyinə YAP Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovun Partiya sıralarından xaric edilməsi məsələsi daxil edilib.

İclasda YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı məsələsinə də baxılacaq.

YAP-dan bildirilib ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmiş hesabat konfransında xitam verilib.

Bir müddət əvvəl Ramiz Göyüşovun sosial şəbəkələrdə intim videoları yayılmışdı.

Cari ilin aprel ayında isə sabiq deputat Hüseynbala Mirələmov eyni ittihamlarla YAP-dan xaric edilmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Avropa Məhkəməsi Fuad Əhmədliyə qarşı hüquq pozuntularını tanıyıb 

8 Oktyabr 2026

Toplum TV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi, 2016-2020-cı illərdə həbsdə olmuş Fuad Əhmədlinin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, məhkəmə hüquq müdafiəçisinə qarşı hüquq pozuntularını tanıyıb.  F.Əhmədli AİHM-ə ərizəsində yerli məhkəmələrin onun barəsində seçdiyi həbs qətimkan tədbirinin zəruriliyini əsaslandıra bilmədiyini qeyd edib. AİHM də oxşar işlərə istinad edərək hüquq müdafiəçisinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 5.3-cü maddəsinin (ağlabatan müddət ərzində məhkəmə araşdırmasının keçirilməsi və ya məhkəməyədək azadlığa buraxılması hüququ) pozuntusunu tanıyıb.  F.Əhmədli həmçinin dövlət orqanlarının 2016-cı ilin avqustunda verdikləri bəyanatlar nəticəsində təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun tanınmasını xahiş edib. Hökümət AİHM-ə göndərdiyi cavabda iddia edib ki, ərizəçi ölkədaxili müdafiə...
Siyasət

Ramil Babayev sivil itaətsizliyə başlayıb

8 Oktyabr 2026

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev sivil itaətsizliyə başladığını elan edib.  O, buna səbəb kimi avqust ayında ədliyyə naziri Fərid Əhmədova yazdığı açıq məktubdakı tələblərinin təmin olunmamasını göstərib.  “Toplum TV” R.Babayevin yeni müraciətini olduğu kimi təqdim edir: “Məhkəmədə niyə iştirak etmirəm?  Bu suala cavabım ilk ağla gələn cavabdır: Azərbaycanda məhkəmə mövcud olmadığı üçün. Əslində mücərrəd düşünmə vərdişi olan hər bir şəxs Azərbaycanın cari reallığından agahdır.  Magistratura təhsilim dövründə “Sosial siyasətin hüquqi əsasları” fənnini mənə çoxsaylı dərsliklərin müəllifi olan, ölkənin ən nüfuzlu hüquq professorlarından biri keçirdi. Qrup yalnız məndən təşkil olunmuşdu və mən dərsdə...

Seçilmiş Videolar

Toplum TV loqo