Siyasət

Əli Kərimli: "Ali məktəbləri məcburi şəkildə YAP-laşdırırlar" 

12 Mart, 2021
3655

YAP

"Ali məktəbləri məcburi şəkildə YAP-laşdırırlar" 

Bunu "Toplum TV"-yə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib. 

O bildirib ki, Yeni Azərbaycan Partiyası (YAP) uzun illərdir ki, bu siyasəti yürüdür. 

YAP-ın martın 5-də keçirilən növbədənkənar qurultayında bir neçə rektor və universitet rəsmisi partiyanın İdarə Heyətində yer alıb: 

- Bakı Ali Neft Məktəbin rektoru Elmar Qasımov; 

- İqtisad Universitetinin rektoru Ədalət Muradov; 

- Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarları İttifaqı Komitəsinin sədri Bayram Aslanov.

YAP-ın Veteranlar Şurasına isə digər iki ali məktəbin rəhbərləri daxil edilib:

- Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva;

- Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov.

Əli Kərimli deyir ki, universitetlərdə hakimin partiyanın çox sayda üzvü olsa da, digər siyasi təşkilatlarda təmsil olunan fəallar həmişə təzyiqlərə məruz qalıb. 
Ali məktəblərdə siyasi mğvqeyinə görə təqib olunanlar kimlərdir?

Əli Kərimli - BBC

Əli Kərimli deyir ki, cəbhəçi tələbələrə vaxtaşırı təzyiqlərlə üzləşirlər: "Məsələn, Asif Yusiflinin qızı mitinqdə iştirak etdiyinə görə təzyiqə məruz qalmışdı. Cabbar Savalanlı həbs edildikdən sonra universitetdə uzaqlaşdırıldı, uzun müddət bərpa oluna bilmədi. Eyni təzyiqlə Ruslan Nəsirli də üzləşdi və o da uzun müddət sonra bərpa olundu. Bu kimi xeyli təzyiqlər oldu ki, onları ictimailəşdirmədik. Belə hallar təkcə ali məktəblərdə deyil, hətta orta məktəblərdə də baş verir. Məsələn,

Təzəxan Mirələmlini Cəlilabaddakı, Cəlil İmanovu Masallı rayonun Hişkədərə kəndindəki orta məktəbdən uzaqlaşdırdılar. Bəxtiyar İmanov məhz siyasi fəaliyyətinə görə Elmlər Akademiyasından çıxarıldı. Yəni belə təzyiqlər çox olub".
 
Təhsil müəssisələrində digər siyasi təşkilatların üzvlərinə qarşı da təzyiq halları baş verib. Məsələn, AĞ Partiyasının sədri Tural Abbaslı illər öncə icazəsiz aksiyalar zamanı həbs olunmuş, təhsil aldığı Bakı Dövlət Universitetindən xaric edilmiş, həbsdən çıxandan sonra bərpa üçün etdiyi müraciət təmin olunmamışdı.
Qiyas İbrahimovsa Heydər Əliyevin Bakıdakı abidəsinə “Rədd olsun sistem!” və “Qul bayramınız mübarək!” şüarları yazdığına görə həbs olunmuş, universitetdən çıxarılımış və onun da təhsilini davam etdirmək cəhdi uğursuzluqla nəticələnmişdi.

Ali məktəblərdə siyasi mövqeyinə görə təzyiqlə üzləşənlər sadəcə tələbələr deyil. Müsavat Partiyasının üzvü, Lənkəran Dövlət Universitetinin müəllimi Yadigar Sadıqlı bu ali məktəbdən müxalif fəaliyyətinə görə uzaqlaşdırılıb. 

"Bütün universitetlərdə YAP-ın özək təşkilatları var"

Əli Kərimli belə deyir və əlavə edir ki, “Bu, totalitar idarəetmə ənənəsidir. Onlar müəllim və tələbələri YAP-ın inzibati nəzarətinə götürmək üçün kütləvi şəkildə partiyaya üzv edirlər. Rektorun partiya rəhbərliyinə gətirilməsi o deməkdir ki, universitetdə hamı YAP sıralarına cəlb olunur. Bu da nəticədə bütün heyətin nəzarətdə saxlanmasına gətirib çıxarır”. 

“Qanuna uyğun olaraq AXCP-nin universitedə özəkləri yoxdur. Həm də universitetlərdə elə bir repressiv şərait qurublar ki, cəbhəçi gənclər öz partiya mənsubəyyətini gizlətmək məcburiyyətindədir. Onlar siyasi fəalaliyyəti, aksiyalarda iştirak etmələri bilinəndə təzyiqlərə məruz qalırlar” - Əli Kərimli belə deyir. 

“Hakimiyyət qanunlara riayət etmir deyə, bizim də belə davranmaq lüksümüz yoxdur”

Ümid Partiyasının sədri İqbal Ağazadə “Toplum TV”-yə deyir ki, "Siyasi partiyalar haqqında" Qanun təhsil müəssisəsində partiyaların özək təşkilatını yaratmağı qadağan edir: "Lakin üzv olub vəzifə tutmaq hüquqi cəhətdən qadağan deyil. Ona görə də rektorların YAP-ın İdarə Heyətində təmsil olunmalarını qeyri-qanuni hesab etmirəm”.

İqbal Ağazadə - Sosial Media

İ.Ağazadə partiya kimliyi olan şəxslərin təhsil müəssisələrini siyasi təbliğat mərkəzi kimi istifadə edə biləcəyini də istisna etmir: "Çünki  Azərbaycanda qeyri-qanuni yanaşma tərzi daha ənənəvidir. Vəzifə sahibinin öz səlahiyyətlərindən istifadə edərək partiya üzvlərinin sayını artırmaq üçün böyük imkanları var”. 
Onun sözlərinə görə, universitet və kolleclərdə tələbələrə öz siyasi baxışlarını təbliğ etməyə qətiyyən icazə verilmir, tələbələrə xəbərdarlıq edilir, onların fəaliyyəti daim nəzarətdə saxlanılır.

Partiya sədri həmçinin qeyd edir ki, əsas məqsəd tələbə və ya müəllimlərin başqa siyasi təşkilatlara qoşulmasını əngəlləməkdir: "Biz də Azərbaycan reallıqlarını bildiyimiz üçün çalışırıq həm tələbə, həm də müəllim üzvləri qoruyaq”.

 "YAP-ın qanuna əməl etmək anlayışı yoxdur" 

“Hamıya məlumdur ki, YAP kağız üzərində mövcuddur” - Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı belə deyir. 

O, hakim partiyanın bu addımlarına təəccüblənmədiyini deyir: “Qanun təhsil müəssisəsində siyasi partiyaların yığıncaqlarını keçirməyi qadağan etsə də, biz görürdük ki, universitet və idarələrdə YAP-ın yığıncaqları təşkil edilir. Universitet rəhbərlərinin, yaxud komsomolun varisi olan gənclər təşkilatının sədrlərinin İdarə Heyətinə seçilməsi onu göstərir ki, yaxın zamanda bu müəssələrdə YAP-ın tədbirlər keçirməsinin şahidi olacağıq”.

Gülağa Aslanlı - Sosial Media

Aslanlı bildirir ki, YAP-ın qanuna əməletmə anlayışı yoxdur: “Gənclərin məcburi qaydada YAP-a üzv edilməsi ənənəsini davam etdirəcəklər. Necə ki Kominist Partiyası bir anda dağıldı, bu partiyanın da bir azad seçki qədər canı var”. 

Gülağa Aslanlı deyir ki, Müsavat Partiyasına üzv gənclər də dəfələrlə ali mətəblərdə təzyiqlərə məruz qalıblar: "Onların hər hansı tədbirdə iştirakına mane olmaq üçün müxtəlif yollara əl atırlar, mitinqdə iştiraka görə xəbərdarlıq edirlər və bəzən bu, universitetdən qovulmağa qədər gedib çıxır”.

"Rektor seçilməlidir, təyin edilməməlidir" 

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli əvvəllər REAL-çı tələbələrə də təzyiq edildiyini, amma keçən ilin noyabrından etibarən bununla bağlı partiyaya hər hansı şikayət daxil olmadığını deyir.

Natiq Cəfərli - Abzas.org

N.Cəfərli rektor vəzifəsinin seçkili olmasının tərəfdarıdır: “Yəni bu vəzifə kiməsə təyinatla deyil, müəllim və tələbələrin iradəsi əsasında verilməlidir, yəni seçki yoluyla. Ümumiyyətlə, istənilən siyasi partiya nümayəndəsinin idarəetmədə iştirakı problem yaradır”.

“Dünyanın hər yerində siyasi təşkilatlar universitet tələbələri arasında daha populyar olur, gəncləri cəlb etməyə çalışırlar. Təbii, bunun hüquqi bir çərçivəsi də olmalıdır. Fikrimcə, universitet rəhbərliyi tələbələrin siyasi baxışından ehtiyat etməməlidir. Əksinə, onların siyasi fəaliyyətə meyilli olması, cəmiyyətdəki ictimai proseslərə maraq göstərməsi daha məniqli və yararlı olar” - N.Cəfərli qeyd edir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Avropa Məhkəməsi Fuad Əhmədliyə qarşı hüquq pozuntularını tanıyıb 

8 Oktyabr 2026

Toplum TV

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi, 2016-2020-cı illərdə həbsdə olmuş Fuad Əhmədlinin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, məhkəmə hüquq müdafiəçisinə qarşı hüquq pozuntularını tanıyıb.  F.Əhmədli AİHM-ə ərizəsində yerli məhkəmələrin onun barəsində seçdiyi həbs qətimkan tədbirinin zəruriliyini əsaslandıra bilmədiyini qeyd edib. AİHM də oxşar işlərə istinad edərək hüquq müdafiəçisinə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 5.3-cü maddəsinin (ağlabatan müddət ərzində məhkəmə araşdırmasının keçirilməsi və ya məhkəməyədək azadlığa buraxılması hüququ) pozuntusunu tanıyıb.  F.Əhmədli həmçinin dövlət orqanlarının 2016-cı ilin avqustunda verdikləri bəyanatlar nəticəsində təqsirsizlik prezumpsiyası hüququnun pozuntusunun tanınmasını xahiş edib. Hökümət AİHM-ə göndərdiyi cavabda iddia edib ki, ərizəçi ölkədaxili müdafiə...
Siyasət

Ramil Babayev sivil itaətsizliyə başlayıb

8 Oktyabr 2026

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev sivil itaətsizliyə başladığını elan edib.  O, buna səbəb kimi avqust ayında ədliyyə naziri Fərid Əhmədova yazdığı açıq məktubdakı tələblərinin təmin olunmamasını göstərib.  “Toplum TV” R.Babayevin yeni müraciətini olduğu kimi təqdim edir: “Məhkəmədə niyə iştirak etmirəm?  Bu suala cavabım ilk ağla gələn cavabdır: Azərbaycanda məhkəmə mövcud olmadığı üçün. Əslində mücərrəd düşünmə vərdişi olan hər bir şəxs Azərbaycanın cari reallığından agahdır.  Magistratura təhsilim dövründə “Sosial siyasətin hüquqi əsasları” fənnini mənə çoxsaylı dərsliklərin müəllifi olan, ölkənin ən nüfuzlu hüquq professorlarından biri keçirdi. Qrup yalnız məndən təşkil olunmuşdu və mən dərsdə...

Seçilmiş Videolar

Toplum TV loqo