Siyasət

"Meydan" TV: "YAP yalan deyir"

26 may, 2021
3967

Meydan.tv


"Meydan" TV-nin redaktoru, jurnalist Aynur Elgünəş Yeni Azərbaycan Partiyasının (YAP) saytla bağlı ittihamlarına cavab verib.

Jurnalist "Toplum TV"-yə verdiyi açıqlamada bildirib ki, bu ittihamlar tamamilə əsassızdır.

YAP mayın 25-də "Meydan" TV-nin "Yutub" kanalında yayımlanan videoda partiyanın "Feysbuk"da saxta səhifələr yaratmasına dair ittihamlarının əsassız olduğunu bildirib. 

YAP-dan verilən açıqlamada qeyd olunur ki, "Meydan" TV materialı hazırlayan zaman partiyanın Mətbuat Xidmətinə müraciət etməyib, iddialarına cavab istəməyib. Bundan başqa, bildirilib ki, videomaterialda ictimai fəal "Bəxtiyar Hacıyevin əsassız olaraq Yeni Azərbaycan Partiyasının rəhbərliyini ittiham etməsi onun məsuliyyətsiz və qərəzli münasibətinin göstəricisidir".

"Tam məsuliyyətlə bəyan edirik ki, Yeni Azərbaycan Partiyası nəinki “Feysbuk”da, hətta bütün sosial şəbəkə seqmentlərində saxta hesablardan istifadə etmir, üzvləri, fəalları bu işə təşviq olunmur. Bu məsələ ilə əlaqədar “The Guardian” qəzetinin araşdırmasında da “Feysbuk” şirkətinin məsul əməkdaşı bildirmişdir ki, “Feysbuk”un Azərbaycan platformasında silinən 300-dən artıq saxta səhifənin Yeni Azərbaycan Partiyası ilə hər hansı əlaqəsi tapılmayıb. Bu da sübut edir ki, Yeni Azərbaycan Partiyası sosial şəbəkələrdə saxta hesablardan, eləcə də siyasi rəqiblərinə qarşı “trol xidməti”ndən istifadə etmir.

Saxta səhifələrlə yazılan rəylərin YAP-a aid olmasını sübut edən hər hansı fakt da yoxdur. Ehtimal oluna bilər ki, saxta profil və səhifələrlə yazılan rəylər YAP-ın nüfuzuna zərbə vurmaq üçün hansısa maraqlı qruplar tərəfindən hazırlanır. Bu baxımdan hesab edirik ki, "Meydan" TV-nin yaydığı böhtan xarakterli video da YAP-a qarşı aparılan qara piar kampaniyasının tərkib hissəsidir.

“Meydan" TV-nin Yeni Azərbaycan Partiyası haqqında təhrif olunmuş, əsassız məlumatları yoxlamadan, dəqiqləşdirmədən yayması məhkəmə predmetinə də çevrilə bilər. Bu səbəbdən də, “Meydan” TV-dən tələbimiz ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası haqqında yayılan birtərəfli, böhtan xarakterli videomateriala görə jurnalistikanın etik qaydalarına və qanunların tələblərinə uyğun olaraq rəsmi üzrxahlıq edilsin, təkzib materialı yayılsın.

Əgər “Meydan" TV sosial şəbəkələrdə saxta hesablarla rəylər yazan, siyasi rəqiblərini təhqir edənlər barədə obyektiv araşdırma aparmaq fikrinə düşərsə, müvafiq məlumat və faktları təqdim edə bilərik", - deyə məlumatda qeyd edilib.

Aynur Elgünəş - Meydan TV

"Biz onlarla 3 gün ərzində əlaqə saxlamağa çalışdıq", - Aynur Elgünəş isə Partiyanın yalan informasiya yaydığını bildirir. 

Onun sözlərinə görə, "Feysbuk"un data analizi ilə bağlı araşdırmasında qeyd olunur ki, saxta səhifələr  YAP tərəfindən idarə olunur.

"Eyni zamanda ictimai fəal Bəxtiyar Hacıyevin də AZƏRTAC-la bağlı belə bir iddiası vardı. Hazırladığımız məqalə bu ittihamlarla bağlıydı. YAP-dan fərqli olaraq, AZƏRTAC-dan haqqında deyilənlərlə bağlı münasibətin  öyrənə bildik. YAP-a zəng vurduqda isə, əvvəlcə səlahiyyətli şəxs kimi bizi Xatirə adlı xanımla calaşdırdılar. O, suala qulaq asdıqdan sonra dedi ki, məsul şəxs olmadığı üçün sual cavab verə bilməz. O hətta danışıq zamanı belə bir gülməli ifadə də işlətdi: "Sizi mənə kim yönləndirdi?"

Obyektivlik naminə, şəxsən mən özüm 3 gün ərzində bu adamla əlaqə saxlamağa çalışmışam, ancaq o məni sözün əsl mənasında doladı. Nə vaxt zəng vururdum, deyirdi ki, tədbirimiz var". 

A.Elgünəş deyir ki, əlaqə saxlamaq mümkün olmadığından, bu dəfə də partiyanın mətbuat nümayəndəsinin "Feysbuk" hesabına yazsalar da, nəticə yenə eyni olub, sualları cavabsız qalıb:

"Neyləməliydik, materialı verməməliydik? Hətta həmin yazıda partiyanın suallara cavab vermədiyi açıqca qeyd olunub. 

Onlar sevinsinlər ki, Xatirə adlı şəxsin bizdə olan səs yazısını yaymamışıq. Amma görünür, səhv etmişik, öz səhifəmdən səsyazısını paylaşaram, onda camaat görər ki, YAP boş yerə şivən salır".
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Cəmil Həsənli: “Ramiz Mehdiyevin məhkəməsi bitsə də, ölkədən çıxışıma qoyulan qadağa götürülməyib”

5 noyabr 2026

sosial media

Tarixçi, Milli Şuranın sədri Cəmil Həsənli ölkədən çıxışına qoyulan qadağa səbəbindən 2027-ci ilin yanvarında ABŞ-də keçiriləcək Amerika Tarix Cəmiyyətinin illik toplantısında iştirak edə bilməyəcəyini bildirib. Həsənli bu barədə noyabrın 5-də sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, sözügedən tədbir yanvarın 7-dən 10-dək ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərində keçiriləcək. Cəmiyyətin üzvü olan Həsənli tədbirə dəvət olunduğunu bildirib. C. Həsənli əlavə edib ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqədar 2025-ci il noyabrın 30-da istintaq orqanı - Dövlət Təhlükəsizliyi Xidməti onun ölkədən çıxışına məhdudiyyət qoyub və şahid qismində ifadəsini alıb. “"Ramiz Mehdiyevin məhkəmə prosesi oldu və bizi şahid kimi...
Siyasət

Ərdoğan: “Noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm”

5 noyabr 2026

sosial media

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycanın Zəfər Günü ilə əlaqədar Bakıya səfər etməyi planlaşdırır. Ərdoğan bunu noyabrın 5-də Cənubi Koreya səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib. “8 Noyabr Azərbaycanın Zəfər Günüdür. Fövqəladə bir vəziyyət yaranmasa, həmin gün Azərbaycana səfər etməyi düşünürəm. Ümid edirəm ki, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq”, - Ərdoğan deyib. O, Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı apardığını, həmçinin Türkiyənin kəşfiyyat rəhbərini və xarici işlər nazirini Azərbaycana göndərdiyini bildirib: “Azərbaycanla münasibətlərimiz adi diplomatik təmaslardan qat-qat artıqdır. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”. Ərdoğanın açıqlaması Bakı ilə Ankara arasında gərginliyin...

Seçilmiş Videolar

Toplum TV loqo