İranın Azərbaycandakı səfiri: "Sionist xəyalları bu bölgədə heç vaxt həyata keçməyəcək"
İran və İsrailin Azərbaycandakı səfirləri arasında söz dueli
İran İslam Respublikasının Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin ifadələrinə "Tvitter"-də cavab verib.
"İran dini və etnik azlıqlarını sıxışdırıb digər ölkələrdə yəhudiləri təqib etdiyi halda, biz - İsrail, ABŞ və Azərbaycan tolerantlığımıza və fərqliliyimizə sərmayə qoyuruq," - bunu Corc Dik dünən Qubanın Qırmızı Qəsəbə bölgəsinə səfəri zamanı özünün "Tvitter" hesabında yazıb.
İranın səfiri isə ona belə cavab verib: "Bizim bütün yəhudilərə, xristianlara və digər müqəddəs dinlərin yolçularına ehtiramımız var. Və biz əminik ki, Azərbaycan Respublikası və Fələstin həmişə İslam ölkələri olaraq qalacaqlar. Sionist xəyalları bu bölgədə heç vaxt həyata keçməyəcək".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”