Pentaqon: "Son iki həftədə İranla münaqişədə 100-ə yaxın ABŞ hərbçisi xəsarət alıb"
war.gov
İyulun 7-dən bəri İranla münaqişə nəticəsində 100-ə yaxın ABŞ hərbçisi xəsarət alıb.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Şon Parnel CBS telekanalına açıqlamasında deyib. Onun sözlərinə görə, yaralıların əksəriyyəti artıq müalicə olunub və xidmətə qayıdıb.
"Onlar yenidən döyüşə qayıtmaq əzmindədirlər. Xəsarətlərin böyük əksəriyyəti yüngül beyin silkələnməsi olub”, - sözçü deyib.
Xəsarət alanların, əsasən, İordaniyadakı ABŞ hərbi bazalarında xidmət edən hərbçilər olduğu bildirilir.
Ötən həftəsonu Pentaqon İordaniyadakı hərbi bazada iki ABŞ əsgərinin öldüyünü və daha birinin itkin düşdüyünü açıqlayıb. İraqda isə bir ABŞ hərbçisinin "İran dronundan qalan partlamamış sursatın zərərsizləşdirilməsi" zamanı öldüyü bildirilib.
ABŞ prezidenti Donald Tramp iyulun 20-də “Truth Social” səhifəsində itkilərə görə İrana xəbərdarlıq edib. “İran hər dəfə bir Amerika əsgərini öldürdükdə, bədəlini dəfələrlə artıqlaması ilə ödəyəcək!", - o yazıb.
Rəsmi məlumata görə, fevralın sonunda ABŞ və İran arasında münaqişə başlayandan bəri 413 amerikalı hərbçi yaralanıb, lakin bu rəqəmə bu ay xəsarət alanlar daxil deyil. Ölənlərin sayının isə son itkilərlə birlikdə 17 olduğu bildirilir.
ABŞ və İran arasında apreldə əldə olunan atəşkəs iyulun 8-də pozulub. ABŞ ordusu İranı Hörmüz boğazını yenidən bağlamaqda ittiham edərək bu ölkəyə zərbələr endirib.
İran isə cavab olaraq Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarına dron hücumları edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Dövlət Departamenti: “Trampın ikinci prezidentlik dövründə 300 mindən çox ABŞ vizası ləğv edilib”
whitehouse
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”