Siyasət

Jurnalist Aytən Məmmədovaya hücumla bağlı beynəlxalq reaksiyalar

10 May, 2022
2072

Meydan Tv

Jurnalist Aytən Məmmədovaya hücumla bağlı Norveç Helsinki Komitəsi , AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak və beynəlxalq hüquq -müdafiə təşkilatı “Human Rights Watch” təşkilatı münasibət bildirib.

Mayın 10-da “Human Rights Watch” təşkilatının Cənubi Qafqaz üzrə təmsilçisi Giorgi Qoqia Aytən Məmmədovaya hücumdan narahat olduğunu bildirib.

O, bu barədə “Twitter” hesabında yazıb: “Siyasi baxımdan həssas və səs-küylü məhkəmə işlərini işıqlandıran, tanınmış jurnalist Aytən Məmmədovaya hücumla bağlı məlumatlardan hədsiz narahatıq. Naməlum şəxs liftdə onun boğazına bıçaq dirəyək "ağıllanmadığını" deyib və qızıyla hədələyib”.

Norveç Helsinki Komitəsi isə hücumu pisləyərək Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərə qarşı qısnama hallarını dərindən araşdırmağa və jurnalistlərə qorumağa çağırıb.

“Cəsarətli jurnalistlər artıq bir müddətdir ki, Azərbaycanın onlar üçün təhlükəsiz yer olmadığını bilirlər. Bu dəhşətli hücumun diqqətli və hərtərəfli araşdırılması vacib məsələdir. Hakimiyyət orqanlarının zəif və istəksiz reaksiyası heç bir qaydanın olmadığı mənasına gələcək”, - NHK bildirib.

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak jurnalistə qarşı hücumun araşdırılmasını təqib edəcəyini bildirib.

“Bu xəbəri eşidəndə şok oldum. Biz AŞPA-nın məruzəçisi olaraq bu məsələni araşdıracağıq. Bu, yüksək səviyyəli cinayətdir və biz hökuməti dinləyəcəyik, nə edəcəklər. Biz aydın fəaliyyət və addımlar görmək istəyirik. Dövlət jurnalistləri və azad mətbuatı qorumalıdır. Bu, bir ölkədə demokratiyanın səviyyəsi haqqında sizə məlumat verəcəkdir”, Şennak belə deyib.

Mayın 8-də gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb.

Jurnalistin sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib: “Mənə dedi ki, məhkəmə işi barədə yazmayım. Qızımla hədələdi, amma hansı iş barədə hədələdiyini demədi”.

Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir.

Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo