Sosial

Həyat yoldaşı: “Polad Aslanova hücum olub, ‘kars’a salınıb”

1 May, 2026
433

Sosial media

Həbsdə olan jurnalist Polad Aslanovun saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (‘kars’) salındığı bildirilir.

Bu barədə “Toplum TV”-yə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Onun sözlərinə görə, aprelin 29-da Polad Aslanova digər məhbus tərəfindən hücum edilməsi barədə məlumat əldə edib: “Digər məhbus həyat yoldaşıma hücum edib. Bundan sonra hər ikisi 15 günlük ‘kars’a salınıb. Hücuma məruz qalan Polad Aslanovdur, amma niyə onu da ‘kars’a saldıqlarını anlamıram. Hazırda onunla əlaqə saxlaya bilmirəm və həyatından narahatam. Gün ərzində dəfələrlə Ombudsman Aparatı ilə əlaqə yaratmağa çalışmışam, lakin cavab ala bilməmişəm.”

G. Aslanova əlavə edib ki, mayın 1-də Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi Fikrət Qafarovun qəbulunda olub və ona məsələnin araşdırıldığı bildirilib.

Hələlik, bütün bu deyilənlərə Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Polad Aslanovun cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalması ilə bağlı iddiasına baxılması üçün aprelin 23-də Səbail Rayon Məhkəməsində proses keçirilib və məhkəmə şikayəti baxışa götürüb.

Polad Aslanov 2019-cu ildə casusluq ittihamı ilə həbs olunub. O, ittihamları rədd edir və bunu korrupsiya ilə bağlı ifşaları ilə əlaqələndirir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır. Avropa İnsan Hüquqları Məhkəməsi də onun həbsi ilə bağlı Azərbaycan hökumətinə qarşı qərar çıxarıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo