Siyasət

Məhkəmə AXCP-nin qadın fəalı barədə hökm çıxardı

6 Sentyabr, 2022
2258

Sentyabrın 5-də Xətai Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Gülnarə Rəhimova haqqında hökm çıxarılıb.

Bu barədə fəal özünün “facebook” hesabında məlumat paylaşıb.

Məhkəmənin hökmünə əsasən, Gülnarə Rəhimova 460 saat ictimai işlərə cəlb olunacaq.

Fəal Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətin törədilməsi haqda böhtan), 48-ci (təhqir) maddələri ilə təqsirli bilinib.

https://toplum.tv/siyaset/tenqidci-rus-jurnaliste-22-il-hebs-cezasi-verildi

Şikayətçi Nəsimi Payon Polis İdarəsinin əməkdaşı, polis serjantı Seymur İmanovdur.

Rəhimovaya qarşı şikayətin verilməsinə onun avqustun 11-də “Facebook” səhifəsində paylaşdığı yazı səbəb olub.

Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Nəsimi Payon Polis İdarəsinin əməkdaşı Seymur İmanovun şikayətini təmin edib.

İyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında "Sərhədləri açın!" tələbilə keçirilən aksiyada Rəhimova saxlanılıb. Onun sözlərinə görə, onunla birlikdə 41-ci polis bölməsinə aparılan Əziz Məmiyevin orada döyülməsinin şahidi olub. Bütün bunlar barədə öz səhifəsində yazıb, avqustun 11-də isə Məmiyevin döyülməsində iştirak edən serjant İmanovun fotosunu paylaşıb.

G.Rəhimova hökmlə razılaşmır və özünü təqsirkar saymır. O  polis işçisini təhqir etmədiyini, fotosunu paylaşdığını, çünki onun Məmiyevi döyənlərin arasında gördüyünü bildirib:

“Məhkəmənin qərarı siyasi sifarişdir. Sifariş necə idisə hakim də o qərarı verdi. Mən günahsızam. Sadəcə gördüyümü ictimailləşdirmişəm”.

Fəal məhkəmənin hökmündən apellyasiya şikayəti verəcəyini qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo