Siyasət

ABŞ diplomatlara başqa ölkələrdəki seçkiləri qiymətləndirməməyi tapşırıb 

18 İyul, 2025
188

Foto: Reuters

ABŞ Dövlət katibi Marko Rubio diplomatlara xarici ölkələrdəki seçkiləri qiymətləndirməməyi tapşırıb. 

Bu barədə iyulun 17-də “Reuters” agentliyi ABŞ Dövlət Departamentindən sızdırılan sənədə əsasən məlumat yayıb

Sənəddən görünür ki, Rubio diplomatlara “xarici ölkələr tərəfindən təşkil olunan seçkilərin dürüstlüyü və ya ədalətliliyi haqda şərh verməməyi” tapşırıb. 

“Departament, öz maraqlarında olmadığı halda, artıq Vaşinqtondan seçkilərlə bağlı bəyanatlar və ya sosial media paylaşımları yaymayacaq”, - sənəddə qeyd olunub. 

“Xarici seçki ilə bağlı şərh vermək uyğun olduqda, mesajımız qısa olmalı, qalib namizədi təbrik etməyə və zərurət yaranarsa, ortaq xarici siyasət maraqlarını vurğulamağa yönəlməlidir. Mesajlarda seçki prosesinin ədalətliliyi və ya dürüstlüyü, onun legitimliyi və ya sözügedən ölkənin demokratik dəyərləri barədə fikir bildirməkdən çəkinmək lazımdır,” - deyə əlavə olunub. 

Sənəddə qərarı əsaslandırmaq məqsədilə Prezident Donald Trampın mayın 13-də Ər-Riyadda etdiyi çıxışa istinad olunub. Həmin çıxışda o, “Qərb müdaxiləçiləri” adlandırdığı keçmiş prezidentləri tənqid edərək, onların Yaxın Şərq ölkələrinin “daxili işlərinə qarışmalarını” düzgün saymamış və bunun artıq Vaşinqtonun işi olmadığını, əvəzində ölkəsinin tərəfdaşlıqlar qurmağa çalışdığını bildirmişdi.

“Birləşmiş Ştatlar öz demokratik dəyərlərinə sadiq qalacaq və digər ölkələr də bu yolu seçdikdə həmin dəyərləri alqışlayacaq, lakin Prezident açıq şəkildə bildirib ki, ABŞ strateji maraqların üst-üstə düşdüyü bütün ölkələrlə tərəfdaşlığa can atacaq”, - təlimatda bildirilib. 

Sənədlə bağlı “Reuters”ə açıqlama verən Dövlət Departamentinin sözçüsü Tammi Brus bu yanaşmanın administrasiyanın “ölkələrin milli suverenliyinə” verdiyi önəmlə uyğun olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Bəhruz Səmədov: "Məqsəd sağlamlığıma geridönməz zərər vurmaqdır" 

7 Avqust 2026

Sosial media

Həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov Fransada yaşayan tarixçi və hökumət tənqidçisi Altay Göyüşova məktub yazıb.  Tarixçinin avqustun 6-da sosial media hesabında ictimailəşdirdiyi məktubda B.Səmədov həbsinin akademik fəaliyyətinə zərbə vurduğunu qeyd edib.  "Təəssüf ki, layihələrim yarımçıq qaldı. Mən sizinlə dövlət anlayışının müqəddəsləşdirilməsi və xalqın ona tabe etdirilməsi kimi məsələləri müzakirə etməyə ümid edirdim. Amma indi özümü burada tapmışam. İnanıram ki, mənə qarşı gözlənilmədən göstərilən bu qəddarlığın səbəbi həm nəzəri yanaşmam, həm də qəti mövqeyimdir. Eyni zamanda, sizin sayənizdə aldığım beynəlxalq dəstək onları daha da qəzəbləndirdi və nəticədə məni ciddi rejimli qapalı cəzaçəkmə müəssisəsində həbs cəzası ilə ən...
Siyasət

Taleh Bağırzadənin həyat yoldaşı: "Oğluma cinayət işi açılmazdan əvvəl ölkədən çıxışına ‘stop’ qoyublar"

5 Avqust 2026

Açıq mənbə

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan sədri Taleh Bağırzadənin oğluna qarşı cinayət işi açılmamışdan əvvəl onun Azərbaycandan çıxışına "stop" qoyulub.  Bunu ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə "Azadlıq Radiosu"na bildirib.  T.Bağırzadənin 17 yaşlı oğlu Məhəmmədhəsən Bağırzadəyə qarşı cinayət işi aprel ayında açılıb. L.İsmayılzadə isə deyir ki, hələ ötən ilin yayından oğluna "stop" qoyulub.  "2025-ci ilin yayında onu hava limanından buraxmadılar. Dedilər ki, ölkədən çıxışına qadağa qoyulub. Halbuki o zaman nə məktəbdəki dava olmuşdu, nə də hansısa iş üzrə şahid kimi dindirilmişdi. Yeniyetmənin ölkədən çıxışına niyə qadağa qoyulmalı idi? Bu da sübut edir ki, bizim ailə əvvəldən nəzarət altındadır", - o qeyd...

Seçilmiş Videolar

Toplum TV loqo