Siyasət

Paşinyan: "Azərbaycan "Dağlıq Qarabağ" adlı ərazinin mövcudluğunu qəbul etməlidir"

4 Avqust, 2022
2242

Armenpress

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün, avqustun 4-də hökumətin iclasını keçirib. 

"Armenpress" xəbər verir ki, gündəliyə keçməzdən əvvəl dünən Qarabağdakı hərbi toqquşmalar zamanı ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Paşinyan baş verənlər barədə danışıb. 

O çıxışında qeyd edib ki, Azərbaycan üç öhdəliyi yerinə yetirməlidir:

"Birincisi, "Dağlıq Qarabağ" adlı ərazi vahidinin mövcudluğunu qəbul etməlidir. İkincisi, Qarabağda təmas xəttinin olmasına hörmətlə yanaşmalıdır. Üçüncüsü, Laçın dəhlizinin mövcudluğuna hörmətlə yanaşmalıdır".

O həmçinin qeyd edib ki, Qarabağda vəziyyət mürəkkəbdir, sülhməramlıların missiyasını isə dəqiqləşdirmək lazımdır:

"Sülhməramlıların mövcudluğu əhalinin təhlükəsizliyinin təmin olunmasında əsas amildir".

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin mandatı mövzusuna toxunan Paşinyan bu mandatın tam həyata keçirilməsi üçün Ermənistan Respublikası və Rusiya Federasiyasının arasındakı razılaşmaların kifayət etməli olduğu qənaətindədir.

“Əgər belə deyilsə, o zaman bu mandatın beynəlxalq səviyyədə müəyyən edilməsi üçün tədbirlər görmək və ya sülhməramlılara daha geniş beynəlxalq mandat vermək lazımdır. İndi mən  işlərlə bağlı bir çox təfərrüatları açıqlamaq istəmirəm, lakin bu məsələlər 2020-ci ilin noyabrından bizi narahat edir, biz konkret həll yollarına nail olmaq üçün səylər göstəririk və indi bu səylər iki-üç dəfə artırılmalıdır”, - deyə Nikol Paşinyan bildirib.

O, çıxışında həmçinin qeyd edib ki, Bakı erməni hərbçiləri mövzusunda spekulyasiya edir, çünki Qarabağda Ermənistanın Silahlı Qüvvələri yoxdur.

https://toplum.tv/siyaset/xin-azerbaycan-ermenistan-terefinin-ohdeliklere-emel-etmesini-teleb-edir

Azərbaycan Ordusu avqustun 3-də Qarabağda “Qisas" əməliyyatı keçirib. 

Əməliyyat terror-təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu - əsgər Kazımov Anar Rüstəm oğlunun şəhid olmasının qisası kimi xarakterizə edilib. 

Əməliyyat zamanı dronlardan da istifadə edilib. 

Erməni tərəfi 3 hərbçisinin həlak olduğunu, çox sayda hərbçisinin yaralandığını bildirib. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu qeyd olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo