Siyasət

Paşinyan: “Ermənistan hesab edir ki, münaqişə həll edilməyib”

26 May, 2022
2421

açıq mənbədən götürülüb

"Azərbaycanın Ermənistan ərazisində de-yure anklavı yoxdur".

“Azadlıq Radiosu”nun Ermənistan bürosunun xəbərinə görə, bunu, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 25-də parlamentdə deyib.

O, Ermənistanın Azərbaycan ərazisindəki Başkənd (Artsvaşen) anklavının isə hüquqi əsasları olduğunu sözlərinə əlavə edib.

“Biz hələlik, tədqiqatlarımızda Ermənistan ərazisində Azərbaycanın de-yure anklavları olduğunu qeydə almamışıq. Əksinə, Artsvaşenin de-yure Ermənistan Respublikasının ərazisi olduğunu qeydə almışıq”, - Paşinyan deyib.

Paşinyan mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə anklavlar məsələsinin müzakirə olunmadığını qeyd edib.

Bu məsələ sərhədlərin delimitasiyası və demarkasiyası zamanı qaldırılacaq.

Mayın 23-də tərəflər sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli komissiya yaradıb, bir gün sonra isə komissiya sədrləri bir araya gəliblər.

Brüssel görüşü Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilib.

O, görüşlə bağlı bəyanatında Bakının sülh sazişi üçün təqdim etdiyi beş prinsip və Ermənistanın buna cavab olaraq açıqladığı altı təkliflə bağlı heç nə deməyib. Amma Paşinyan deyir ki, görüşdə Ermənistanla Azərbaycanın mövqeləri arasında, mahiyyətcə bəlli fikir ayrılıqları qeydə alınıb.

“Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub. Ermənistan isə hesab edir ki, münaqişə həll edilməyib”, – o vurğulayıb.

Paşinyan Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü elementlərin Yerevan üçün qəbuledilən olduğunu deyib. Ermənistan isə sülh danışıqlarına başlaması ilə bağlı təkliflərinə Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquq və azadlıqlarını, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsini də daxil edib.

Baş nazir özü hansı variantı dəstəklədiyini deməsə də, müxalifətin bu gündəmi gücləndirdiyini qeyd edib:

“Biz həmçinin Artsax (Qarabağ) hakimiyyəti ilə bu ayrıcda ən yaxşı hansı taktiki yanaşmadan istifadəni müzakirə edirik. Bu məsələ mövcuddur və görürəm ki, müxalifət də bu məsələdən danışır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...
Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib.  Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib.  "Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə,...

Seçilmiş Videolar

Toplum TV loqo