Paşinyan: Rus sülhməramlılarının mandatının uzadılması təklifi qəbul edilməyib
Rəsmi səhifə
“Biz Soçidə təklif etdik ki, Dağlıq Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlılarının mandatının qeyri-müəyyən müddətə, 20, 15 və ya 5 il müddətinə uzadılması barədə qərar qəbul edilsin. Bu təklifin qəbul edilmədiyi açıq-aydındır".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 2-də Ermənistan parlamentindəki büdcə müzakirələri əsnasında deyib.
Paşinyan qeyd edib ki, məsələ bu və ya digər şəkildə gündəmdədir:
"Mən hamının diqqətini aşağıdakı fakta cəlb etmək istəyirəm: 9 noyabr bəyanatı ilə sülhməramlıların Dağlıq Qarabağda qalma müddəti avtomatik olaraq uzadılır. Yəni tərəflərdən hər hansı biri göstərilən müddətə 6 ay qalmış etirazını bildirərsə, uzadılmaya bilər”.
https://toplum.tv/siyaset/soci-gorusunde-beyanat-qebul-edilib
Baş nazirin sözlərinə görə, Soçidə keçirilən üçtərəfli görüş hər bir halda çox mühüm və faydalı olub.
"Görüş zamanı bir çox mühüm məsələlər qaldırılıb. Rusiyalı həmkarlarımız Dağlıq Qarabağın statusu məsələsini qeyri-müəyyən müddətə təxirə salmağın düzgün yanaşma olacağını bildiriblər, çünki hazırda hər iki tərəf üçün məqbul variant yoxdur. Ermənistanın siyasəti bu yanaşmaya nə dərəcədə uyğundur? Tamamilə və 100 faiz", - deyə o bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Toplum TV
Açıq mənbə
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib