Siyasət

Aynur Elgünəş: “Hakimiyyətin mirzəsi olmadığımız üçün hədəfdəyik”

15 May, 2025
108

Foto: Əkinçi

“Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qəmbərova) media qurumunun 12 yaşı münasibətilə ictimaiyyətə məktub ünvanlayıb. 

Elgünəş məktubunda bildirir ki, “Meydan TV işi” üzrə həbs olunan dörd nəfərin - Ülvi Tahirov, Fatimə Mövlamlı, Nurlan Libre (Qəhrəmanlı) və Ülviyyə Əlinin (Quıiyeva) bu media qurumuna aiddiyatı yoxdur.

“Mən bu media orqanının baş redaktoru kimi bir daha bəyan edirəm, adlarını çəkdiyim şəxslərin heç biri Meydan TV-nin işçisi olmayıb və deyil” - o yazıb. 

Elgünəş qeyd edib ki, Mövlamlının evində axtarış zamanı tapıldığı iddia olunan pul vəsaitinin də “Meydan TV” ilə əlaqəsi yoxdur. 

“Tək bir faktı deyim! Avro ilə maraqlanan hər kəs bilir ki, 500-lük əskinaslar dövriyyədən çıxarılıb, xüsusilə Avropa bankları bu əskinasları vermir. Azərbaycanda isə hələ proses yeni başlayandan 500-lüklər valyutadəyişmə məntəqələri tərəfindən qəbul edilmirdi. Belə olan halda Fatimə Mövlamlının evindən “tapılan” 500-lük necə Meydan TV-yə məxsus ola bilər?”, - deyə o sual edib. 

Baş redaktor bir daha bildirib ki, onlara qarşı irəli sürülən qaçaqmalçılıq ittihamı saxtadır və peşə fəaliyyətlərinə görədir. 

“Bu, bizi susdurmaq üçün nəzərdə tutulan vasitədir və işə yaramayacaq. Bizim yeganə “cinayətimiz” əqidəmizdir. Hakimiyyətin mirzəsi, tezislə işləyəni olmadığımız üçün hədəfdəyik. Bu adamları tutmaqla əlində kamera olan heç bir jurnalisti görmək istəmədiklərini göstərirlər. Əslində elə əlaqəsiz adamların bir cinayət işi çərçivəsində həbsi bunu göstərir”, - Elgünəş vurğulayıb. 

Jurnalist həm də qeyd edib ki, ölkədə əsl qaçaqmalçılıqla məşğul olanlar hakimiyyət nümayəndələridir:

“Qaçaqmalçılar Azərbaycanın sərvətlərini bəyənmədikləri Avropaya, Amerikaya daşıyanlardır. Adi MSK sədrinin (əslində missiyası adi deyil, ən böyük pisliyə, seçki saxtakarlığına imza atır) varidatının çox cüzi hissəsi bu günlərdə ictimailəşdi. İndi görün ölkənin əsas fiqurlarının, büdcəni idarə edənlərin nələri var.” 

Elgünəş sonda bildirib ki, “Meydan TV” heç bir siyasi qrupa bağlı deyil və “istənilən şəxsin hakimiyyəti dövründə məqsədi, yolu dəyişməyəcək”.

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı) və Fatimə Mövlamlı da “Meydan TV işi”nə görə həbs edilib.

Müstəqil jurnalist Ülviyyə Əli də mayın 7-də bu iş üzrə saxlanılıb və barəsində qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.

O, həbsindən öncə yazdığı bəyanatda MeydanTV ilə heç bir işgüzar əlaqəsi olmadığını, olsaydı belə, bunu cinayət hesab etmədiyini yazıb.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Naxçıvanda hərbçilərin maaşından “Qarabağa yardım” adı ilə pul tutulur

15 May 2025

mod.gov.az

"Etiraz edənlər rəhbərlik tərəfindən hədə-qorxuya məruz qalır" Naxçıvanda xidmət edən hərbi qulluqçuların maaşlarından “Qarabağa yardım” adı ilə pul tutulur. Bu barədə bir qrup zabit və gizir “Gündəlik Naxçıvan” səhifəsinə bildirib.  Onlar şikayətlərində deyib ki, pul tutulması artıq bir müddətdir ki, baş verir.  “Biz hərbçiyik, çoxumuz Qarabağda döyüşmüşük. Bir ay 200-300 manat tutulmasına etirazımız da yoxdur. Bu dövlət üçün canımızı qoymuşuq, yenə də qoyuruq. Lakin davamlı olaraq maaşlarımızdan tutulması yolverilməzdir. Biz deyilənlərə inanmırıq. Qarabağın tikintisi adı ilə bizdən alınan pulları mənimsəyirlər. Çünki dövlətimizin Qarabağı tikmək üçün hərbçilərin maaşına ehtiyacı yoxdur, onun kifayət qədər resursları var”, - adının açıqlanmasını istəməyən hərbçilərdən biri deyib. ...
Siyasət

Trampın elçisi: Azərbaycan və Ermənistan “İbrahim Sazişlərinə” qoşula bilər

14 May 2025

Reuters

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff deyib ki, Azərbaycan və Ermənistan yaxın vaxtlarda “İbrahim Sazişləri”nə “qoşula bilər. Stiv Vitkoff bunu mayın 13-də “Breitbart” saytına müsahibəsində deyib.  “Məncə hər ikisi “İbrahim Sazişləri”nə qoşulmağa hazır ola bilər. Bu, Prezident Tramp üçün böyük bir təşəbbüsdür. O, buna inanır. Bu, ümumilikdə regionda sülhü və sabitliyi təşviq edir”, - Ağ Evin nümayəndəsi bildirib.  Vitkoff həm də qeyd edib ki, Azərbaycan və Ermənistan öz aralarındakı münaqişənin həllində son razılaşmaya “çox yaxındırlar”.  “İbrahim Sazişləri” kimi tanınan sülh razılaşmaları 2020-ci ildə Trampın birinci prezidentliyi dövründə onun vasitəçiliyi ilə İsraillə BƏƏ, Bəhreyn, Sudan və...

Seçilmiş Videolar

Toplum TV loqo