Siyasət

Belarus və Şimali Koreya "dostluq və əməkdaşlıq sazişi" imzalayıb

26 mart, 2026
142

Foto: president.gov.by

Belarus prezidenti Aleksandr Lukaşenko və Şimali Koreya lideri Kim Çen İn iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalayıb. 

Bu barədə martın 26-da iki ölkənin dövlət mediası xəbər verib. 

Saziş Lukaşenkonun Pxenyana səfəri çərçivəsində bağlanıb. 

“Qlobal transformasiyanın müasir reallıqları şəraitində – dünyanın böyük güclərinin beynəlxalq hüquq normalarını açıq şəkildə görməzdən gəldiyi və pozduğu bir vaxtda – müstəqil ölkələr suverenliklərini qorumaq və vətəndaşlarının rifahını yaxşılaşdırmaq məqsədilə daha sıx əməkdaşlıq etməli və səylərini birləşdirməlidirlər", - Lukaşenko deyib. 

Tərəflər, həmçinin, təhsil, səhiyyə, kənd təsərrüfatı, mədəniyyət, idman və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlıq üzrə ondan çox saziş və razılaşma imzalayıblar. 

Kim ailəsi Şimali Koreyanı 1948-ci ildən bəri idarə edir. 42 yaşlı Kim Çen İn bu yaxınlarda növbəti 5 il müddətinə lider seçilib. Onun seçkilərdə 99,9% səs yığdığı iddia olunur. 

71 yaşlı Lukaşenko isə 1994-cü ildən ölkəsinə rəhbərlik edir. 

Hər iki ölkə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləyir və uzun illərdir Qərb ölkələri tərəfindən sanksiyalara məruz qalır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”

9 noyabr 2026

Toplum TV

Azərbaycanın müxtəlif həbsxanalarında və istintaq təcridxanalarında saxlanılan, siyasi motivlərlə həbs edilən bir qrup məhbus birlik çağırışı ilə bəyanat yayıblar. Bəyanatın “Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, ResPlatformanın spikeri Akif Qurbanovun “Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır” çağırışına dəstək olaraq imzalandığı bildirilir. Bəyanat müəllifləri ölkədə repressiyaların genişləndiyini bildirərək, siyasi məhbus sayılan şəxslərin probleminin cəmiyyətin və beynəlxalq ictimaiyyətin əsas gündəminə çevrilməsinə çağırıblar. “Toplum TV” bəyanatı olduğu kimi təqdim edir. “Azərbaycanın avtoritar hakimiyyəti geopolitik çəkişmələr, regional münaqişələr və bütün bunların ölkədə dərinləşən insan hüquqları ilə bağlı böhrana zəif təsirində sui-istifadə edərək faktiki ölkədə politisidi (siyasi genosid) nəinki aktiv saxlayır, həmçinin...
Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...

Seçilmiş Videolar

Toplum TV loqo