Siyasət

Bir neçə vətəndaş cəmiyyəti fəalının saxlanıldığı iddia edilir

14 Mart, 2025
131

Toplum TV

Vətəndaş cəmiyyəti fəalları arasında yerli və beynəlxalq QHT-lərə qarşı açılmış cinayət işi üzrə saxlanılanlar olduğu deyilir.

Saxlanılanlar arasında "Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlının, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun, "Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Məmmədzadənin və "Media Hüququ" İnstitutunun koordinatoru Xalid Ağəliyevin olduğu iddia edilir.

Hazırda saxlanılanıar barədə dəqiqləşdirmələr aparılır.

Hələ ki, iddialar rəsmi qurumlar tərəfindən təsdilənməyib.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (qurumun adı sonradan dəyişib sadəcə İstintaq İdarəsi olub) 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə qarşı cinayət işi başlanmışdı.

Həmin il Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev və başqaları bu cinayət işi çərçivəsində həbs olunmuşdu.

Onlar dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və başqa əməllərdə ittiham olunsalar da, özləri ittihamları qəbul etmirdilər. Avropa İnsan Hüquqları Məhkəməsi də bu şəxslərin konkret cinayət əməlinə görə yox, siyasi motivlərlə cəzalandırıldığı qənaətinə gəlmişdi.

QHT-lərlə bağlı açıq qalmış cinayət işinə 2020-ci və 2023-cü ildə xitam verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsinin istifadəsi qeyri-müəyyən və qəbulolunmazdır”

14 Mart 2025

Reuters

Ermənistan Baş naziri Nikol Paşinyan bir qrup türkiyəli jurnalistə müsahibə verib. Martın 13-ü yayımlanan müsahibədə baş nazir maraqlı açıqlamaları ilə yadda qalıb. İlk dəfə türkiyəli jurnalistlərə geniş müsahibə verən Paşinyan bunu “bənzəri görülməmiş bir fürsət” adlandırıb. “Məncə bu gün söhbət etmək və düşüncələrimizi paylaşmaq imkanımızın olması yaxşı bir şeydir”, o qeyd edib. Media mənsubları baş nazirə Türkiyə-Ermənistan əlaqələrindən tutmuş Ermənistanın xarici siyasətinə qədər çoxsaylı suallar ünvanlayıblar. Türkiyə ilə münasibətlərə toxunan Paşinyan iki ölkə arasında dialoqun olmasını “önəmli dəyişiklik” adlandırıb. Ermənistanla Türkiyənin quru sərhədləri Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bağlıdır və ölkələrin bir-birində o vaxtdan diplomatik nümayəndəlikləri yoxdur. Lakin Azərbaycanın...
Siyasət

BMT işçi qrupu Vardanyanın ifadə azadlığına görə həbs olunması iddiasını rədd edib

14 Mart 2025

açıq mənbədən götürülüb

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs edildiyinə dair iddiaları rədd edib.  İşçi qrupu Vardanyanla bağlı müraciətə Yekun Rəyini dərc edib. Rəydə vurğulanır ki, Azərbaycan tərəfi Vardanyanı ağır cinayətlər törətməkdə, o cümlədən çoxsaylı şəxslərin ölümündə, külli miqdarda əmlakın dağıdılmasında, terrorizmin maliyyələşdirilməsində və qanunsuz silahlı birləşmələrin yaradılmasında ittiham edib.  İşçi Qrupuna görə, onun həbsi bu cinayət ittihamları əsasında həyata keçirilib. Bəyanatda Vardanyanın hüquqlarını müdafiə etdiyinə və ya siyasi bəyanatlar verdiyinə görə həbs edildiyi iddiası da rədd edilib. R.Vardanyanın işi ilə bağlı mətbuatda və vəzifəli şəxslərin çıxışlarında təqsirsizlik...

Seçilmiş Videolar

Toplum TV loqo