Siyasət

Paşinyan: “Zəngəzur dəhlizi” ifadəsinin istifadəsi qeyri-müəyyən və qəbulolunmazdır”

14 Mart, 2025
13

Reuters

Ermənistan Baş naziri Nikol Paşinyan bir qrup türkiyəli jurnalistə müsahibə verib. Martın 13-ü yayımlanan müsahibədə baş nazir maraqlı açıqlamaları ilə yadda qalıb.

İlk dəfə türkiyəli jurnalistlərə geniş müsahibə verən Paşinyan bunu “bənzəri görülməmiş bir fürsət” adlandırıb. “Məncə bu gün söhbət etmək və düşüncələrimizi paylaşmaq imkanımızın olması yaxşı bir şeydir”, o qeyd edib.

Media mənsubları baş nazirə Türkiyə-Ermənistan əlaqələrindən tutmuş Ermənistanın xarici siyasətinə qədər çoxsaylı suallar ünvanlayıblar.

Türkiyə ilə münasibətlərə toxunan Paşinyan iki ölkə arasında dialoqun olmasını “önəmli dəyişiklik” adlandırıb.

Ermənistanla Türkiyənin quru sərhədləri Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bağlıdır və ölkələrin bir-birində o vaxtdan diplomatik nümayəndəlikləri yoxdur. Lakin Azərbaycanın 2020-ci ildə Ermənistan üzərində qələbəsindən sonra Ermənistan və Türkiyə münasibətlərinin normallaşdırılması üçün danışıqlara başlayıblar.

Azərbaycanla münasibətlərə toxunan Paşinyan “Zəngəzur dəhlizi” ifadəsinin istifadəsini qeyri-müəyyən və qəbulolunmaz adlandırıb.

“Ermənistan Respublikasının bu ifadəyə heç bir bağlılığı yoxdur. Bu ifadənin istifadəsi belə Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddia kimi başa düşülür”, - o deyib.

Bu yaxınlarda bu mövzuda məqalə yazdığını deyən baş nazir orada da Azərbaycanla Naxçıvanı birləşdirəcək yollarda Ermənistan gömrük yoxlanışlarının olmalı olduğunu təkrar edib.

Paşinyan digər nəqliyyat yollarının tam açılması üçün infrastruktur layihələrinə ehtiyac olduğunu desə də, Azərbaycan və Türkiyənin razılaşacağı halda Ermənistan üzərindən Azərbaycan yüklərinin Margara-Əlican buraxılış məntəqəsi vasitəsilə Türkiyəyə getməsinin bu gün də mümkün olduğunu vurğulayıb.

Paşinyan Ermənistan qaçqınları məsələsinə də toxunub.

O deyib ki, 1990-cı illərdən Ermənistanla Azərbaycan arasında qaçqınlar məsələsi var.

O deyib ki, Azərbaycan “Qərbi Azərbaycan” adlandırdığı məsələni müzakirə etməklə  Ermənistanın suveren ərazisinin təxminən 60-70 faizini “Qərbi Azərbaycan” adlandırır.

“Biz açıq deyirik ki, Ermənistanda “Qərbi Azərbaycan” deyə bir şey yoxdur. Əgər biz doğrudan da “Qərbi Azərbaycan”ı axtarmaq istəyiriksə, bu, Azərbaycanın Qazax, Ağstafa, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarıdır. Bura “Qərbi Azərbaycan”dır. Bu xəttin o biri tərəfində “Qərbi Azərbaycan” yoxdur. Əgər həqiqətən istəsəydilər, Naxçıvan həm də coğrafi baxımdan “Qərbi Azərbaycan” hesab oluna bilərdi”, o deyib.

Paşinyan belə bir mövzunu müzakirə etməyin mümkünsüz oldğunu deyib.

Azərbaycanda məhkəmələri aparılan Qarabağ erməniləri və Ruben Vardanyana da toxunan Ermənistan baş naziri bu barədə hökumətinin lazımi qədər addım atmadığı haqda tənqidlərə cavab verib. O deyib ki, Azərbaycan bu məhbuslardan danışıqlarda rıçaq kimi istifadə edir və ona görə bu mövzuda dövlət adından açıqlamalar yayarkən diqqətli olmaq lazımdır. “Lakin hökumətin bu haqda heç nə etmədiyini deyən adamlar özləri də hökumətin hansı addımları atmalı olduğunu ortaya qoymalıdırlar. Çünki ola bilər ki, hökumət o addımları artıq atıb və nəticə verməyib”, o əlavə edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Bir neçə vətəndaş cəmiyyəti fəalının saxlanıldığı iddia edilir

14 Mart 2025

Toplum TV

Vətəndaş cəmiyyəti fəalları arasında yerli və beynəlxalq QHT-lərə qarşı açılmış cinayət işi üzrə saxlanılanlar olduğu deyilir. Saxlanılanlar arasında "Vətəndaş Hüquqları" İnstitutunun rəhbəri Bəşir Süleymanlının, "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun, "Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Məmmədzadənin və "Media Hüququ" İnstitutunun koordinatoru Xalid Ağəliyevin olduğu iddia edilir. Hazırda saxlanılanıar barədə dəqiqləşdirmələr aparılır. Hələ ki, iddialar rəsmi qurumlar tərəfindən təsdilənməyib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində (qurumun adı sonradan dəyişib sadəcə İstintaq İdarəsi olub) 2014-cü ildə bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə qarşı cinayət işi başlanmışdı. Həmin il Sülh və Demokratiya İnstitutunun...
Siyasət

BMT işçi qrupu Vardanyanın ifadə azadlığına görə həbs olunması iddiasını rədd edib

14 Mart 2025

açıq mənbədən götürülüb

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs edildiyinə dair iddiaları rədd edib.  İşçi qrupu Vardanyanla bağlı müraciətə Yekun Rəyini dərc edib. Rəydə vurğulanır ki, Azərbaycan tərəfi Vardanyanı ağır cinayətlər törətməkdə, o cümlədən çoxsaylı şəxslərin ölümündə, külli miqdarda əmlakın dağıdılmasında, terrorizmin maliyyələşdirilməsində və qanunsuz silahlı birləşmələrin yaradılmasında ittiham edib.  İşçi Qrupuna görə, onun həbsi bu cinayət ittihamları əsasında həyata keçirilib. Bəyanatda Vardanyanın hüquqlarını müdafiə etdiyinə və ya siyasi bəyanatlar verdiyinə görə həbs edildiyi iddiası da rədd edilib. R.Vardanyanın işi ilə bağlı mətbuatda və vəzifəli şəxslərin çıxışlarında təqsirsizlik...

Seçilmiş Videolar

Toplum TV loqo