Siyasət

Britaniya, Kanada və Avstraliya Fələstini tanıyıb 

22 Sentyabr, 2025
58

Foto: Palestine Chronicle

Böyük Britaniya, Kanada və Avstraliya sentyabrın 21-də Fələstini rəsmi olaraq dövlət kimi tanıyıblar.  

Daha bir neçə Avropa ölkəsinin də bu həftə eyni addımı atmağa hazırlaşdığı bildirilir. 

“Bu gün fələstinlilər və israillilər üçün sülh ümidini dirçəltmək və iki dövlətli həll yolunu təmin etmək məqsədilə Birləşmiş Krallıq rəsmi olaraq Fələstin Dövlətini tanıyır,” – deyə Böyük Britaniyanın baş naziri Kir Starmer  bəyanatında bildirib.

Kanada baş naziri Mark Karni bəyanatında İsrail hökumətinin Fələstin dövlətinin yaradılması perspektivini "əbədi olaraq aradan qaldırmaq üçün planlı şəkildə fəaliyyət göstərdiyini" deyib. 

"İsrail beynəlxalq hüquqa zidd olaraq İordaniya çayının qərb sahilində məskunlaşmaların genişləndirilməsi siyasətini amansızcasına davam etdirib. Qəzzada apardığı davamlı hücum nəticəsində on minlərlə mülki şəxs həlak olub, bir milyondan çox insan məcburi köçkünə çevrilib və beynəlxalq hüququn pozulması hesab olunan dəhşətli, qarşısı alına biləcək aclıq baş verib", - o əlavə edib. 

Avstraliyanın baş naziri Antoni Albaniz isə ölkəsinin Fələstini tanımasının "iki dövlətli həll yoluna yeni təkan vermək məqsədilə əlaqələndirilmiş beynəlxalq səylərin bir hissəsi" olduğunu qeyd edib. "Bu səylər Qəzzada atəşkəsin əldə olunması və 7 oktyabr 2023-cü il faciəsində girov götürülənlərin azad olunması ilə başlayır", - o vurğulayıb. 

İsrailin baş naziri Benyamin Netanyahu  bəyanatında bu ölkələri sərt tənqid edib, onları Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşmasını mükafatlandırmaqda günahlandırıb. 

“BMT-də və digər bütün arenalarda bizə qarşı yönəlmiş yalançı təbliğata və varlığımızı təhlükəyə atacaq, terrorizmə absurd bir mükafat olacaq Fələstin dövlətinin yaradılması çağırışlarına qarşı mübarizə aparmalı olacağıq. Beynəlxalq icma bu məsələ ilə bağlı gələn günlərdə bizdən xəbər alacaq", - o bildirib. 

HƏMAS isə qərarları alqışlayaraq bunu “Fələstin xalqının azadlıq və geri dönüş yolunda apardığı mübarizənin, möhkəmliyinin və qurbanlarının haqlı nəticəsi” adlandırıb.

Əsasən simvolik xarakter daşıyan bu addım fələstinlilərə diplomatik əlaqələrini artırmaq və ölkələrlə müqavilələr bağlamaq imkanını təmin edir.

Hazırda BMT-nin 193 üzvündən 140-dən çoxu Fələstini tanıyır. 

Sentyabrın 22-də başlayacaq BMT Baş Assambleyasında Fransa, Portuqaliya, Belçika, Lüksemburq və Yeni Zelandiyanın da eyni addımı atacağı gözlənilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ruslan İzzətli: Hakimiyyət tənqidçilərlə stalinizm metodları ilə mübarizə aparır

22 Sentyabr 2025

Foto: sosial media

Siyasətçi, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi“ üzrə keçirilən prosesdə ifadə verib.  O bildirib ki, həbsi siyasi sifariş əsasında həyata keçirilib və hakimiyyət uzun illər ona qarşı təyziqləri davam etdirib. Ruslan İzzətli deyib ki, ilk cəza sağlamlığında problemlərin olmasına baxmayaraq məcburi hərbi xidmətə aparılması ilə olub. O əlavə edib ki, buna səbəb 2020-ci ildə keçirilən parlament seçkilərindəki fəaliyyəti ilə bağlı olub: “Hakimiyyət düşünürdü ki, məni hərbi xidmətə göndərməklə siyasətdən çəkilməyə məcbur edəcək. Ona görə də ordudan “cərimə batalyonu” kimi istifadə etdi. Saxta sənədlə məni hərbi xidmətə göndərdi. Göndəriş üçün...
Siyasət

Finlandiya prezidenti: Avropa Rusiya ilə müharibəyə hazır olmalıdır 

22 Sentyabr 2025

Foto: presidentti.fi

Finlandiya prezidenti Aleksandr Stab deyib ki, Avropa Rusiya ilə müharibəyə hazır olmalıdır.  O, bunu İngiltərənin "The Guardian" qəzetinə müsahibəsində, Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən danışarkən bildirib.  Prezident qeyd edib ki, Ukrayna üçün müzakirə olunan təhlükəsizlik zəmanətləri gələcəkdə Moskvanın Ukraynaya qarşı yenidən hərbi əməliyyata başlayacağı halda Avropa ölkələrini Rusiya ilə vuruşmağa məcbur edəcək. “Əslində təhlükəsizlik zəmanətləri çəkindirici vasitədir. Bu çəkindirici təsirin inandırıcı olması üçün isə o, güclü olmalıdır,” – Stubb bildirib. O əlavə edib ki, zəmanətlər yalnız gələcəkdə Ukrayna və Rusiya arasında sülh razılaşması əldə edildikdən sonra qüvvəyə minəcək. Lakin Stab vurğulayıb ki, Rusiyanın zəmanətlərin formatında söz haqqı yoxdur.  “Rusiyanın müstəqil bir...

Seçilmiş Videolar

Toplum TV loqo