Siyasət

Ruslan İzzətli: Hakimiyyət tənqidçilərlə stalinizm metodları ilə mübarizə aparır

22 Sentyabr, 2025
91

Foto: sosial media

Siyasətçi, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi“ üzrə keçirilən prosesdə ifadə verib. 

O bildirib ki, həbsi siyasi sifariş əsasında həyata keçirilib və hakimiyyət uzun illər ona qarşı təyziqləri davam etdirib.

Ruslan İzzətli deyib ki, ilk cəza sağlamlığında problemlərin olmasına baxmayaraq məcburi hərbi xidmətə aparılması ilə olub. O əlavə edib ki, buna səbəb 2020-ci ildə keçirilən parlament seçkilərindəki fəaliyyəti ilə bağlı olub: “Hakimiyyət düşünürdü ki, məni hərbi xidmətə göndərməklə siyasətdən çəkilməyə məcbur edəcək. Ona görə də ordudan “cərimə batalyonu” kimi istifadə etdi. Saxta sənədlə məni hərbi xidmətə göndərdi. Göndəriş üçün verdikləri sənəddə mənə sağlam yazmışdılar. Necə sağlam idimsə, hərbi xidmətin 4-cü ayında böyrəyimdən əməliyyat olundum. Əminəm ki, əgər sovet dövründəki kimi “Sibir düşərgələri” mövcud olsaydı, ora da sürgün edərdilər”.

Ruslan İzzətli bildirib ki, eyni metodlardan Stalin NKVD-si cümhuriyyətçilərə qarşı istifadə edib. İndi də hakimiyyət siyasi sələflərinin yolu ilə gedir.

Siyasətçi bildirib ki, 2020-ci ildə Parlament seçkilərinə qatılıb və 33 saylı Xətai birinci seçki dairəsində aktiv çalışıb. O qeyd edib ki, seçki saxtakarlıqlarının ifşa edilməsində, dairənin nəticələrinin ləğvində iştirak edib və bu da hakimiyyəti ona qarşı qəzəbləndirib: “Kin və nifrət üzərində bərqərar olan hakimiyyət dairədə təkrar seçki keçirmək əvəzinə məni cəzalandırmağı hədəf seçdi”.

Çıxışına davam edən İzzətli ittiham aktını tamamilə saxta adlandırıb.

İttiham aktında qeyd edilib ki, o, 2021-ci ilin ilk 3 ayı sürücüsünə 1200 manat pul verib. R.İzzətli isə bildirib ki, həmin ilin iyul ayına qədər Xocavənd istiqamətində təmas xəttində hərbi xidmətdə olub.

Onun sözlərinə görə evində tapılan 4800 avro pulu da polis əməliyyatçıları qoyub: “6 mart 2024-cü ildə saxlanılır və həmin gün sərbəst buraxılıram. 8 mart, yəni iki gün sonra həbs olunuram və hakimiyyətin yandaş mediası məni cəmiyyətə qaçaqmalçı kimi təqdim edir. İndi ortaya suallar çıxır: Əgər evimə qoyulan pul mənim idisə, niyə həbs olunana qədər onu evdən çıxarmadım? Niyə banka olan ipoteka borcumu ödəmirdim? Niyə martın 8-ə qədər ölkəni tərk etmədim? Cinayətkar idimsə, niyə gizlənmədim, oturub həbsimi gözlədim? Cinayətkar idimsə, niyə Xətai rayon Polis İdarəsində saxlanılan dostlarımla maraqlanmaq üçün polis idarəsinin önünə getdim?”

Ruslan İzzətli qeyd edib ki, haqqında məhkəmə qərarı olmadan hakimiyyət rəsmiləri, hakimiyyətin nəzarətində olan media orqanları onun barəsində qaçaqmalçı ittihamı yayaraq təqsirsizlik prizumpsiyasını pozublar. Siyasətçi bunu Stalin dönəmi ilə müqayisə edib.

“Stalin NKVD əməkdaşlarına deyirdi ki, məhbusları minin, etiraf etməyincə düşməyin. Azərbaycan hakimiyyəti də tənqidçilərinə qarşı həmin metodla yanaşır”.

“Toplum TV işi” üzrə həbs edilən siyasətçi deyib ki, o internet televiziyasına könüllü dəstək olub. Dostlarının çalışdığı bu müstəqil, tərəfsiz medianın daha çox izləyiciyə çatması üçün bilik və bacarıqlarını burada çalışan könüllü gənclərlə bölüşüb. Toplum TV, FaktYoxla və Demokratik Təşəbbüslər istitutuna qarşı repressiyanı da siyasi qərar adlandıran siyasətçinin sözlərinə görə, “bu qəddar münasibət III Respublika Platformasının yaranması ilə bağlı olub”. O, qeyd edib ki, hakimiyyət tənqidçiləri və alternativləri ilə stalinizm metodları ilə mübarizə aparır.

 Onun fikrincə siyasi alternativlərindən və açıq tənqiddən qorxan hakimiyyət xalqı qorxu altında saxlamaq üçün xəyali təhlükə mənbələri və düşmən obrazı yaradır. Qoxu altında saxladığı xalqın sərvətlərini bu yolla asanlıqla talayır.

“Gənc nəsildən və siyasətçilərdən qorxurlar. Anlayırlar ki, gəncləri keçmişin olan və olmayan hadisələri ilə manipulyasiya edib aldada bilməzlər. Ona görə də xalqla və onun təmsilçiləri ilə hüquq- mühafizə orqanlarının dili ilə danışırlar”, - deyə İzzətli vurğulayıb.

Ruslan İzzətli bu qorxunu hətta Qarabağ müharibəsindən sonra xalqın səsini ala bilməyən , buna görə də seçkini saxtalaşdıran hakimiyyətin isterikaları ilə əlaqələndirib: “Xalq hətta müharibədən sonra seçkiyə getmədi. Ona görə də yüzbaşılar, onbaşılar və admistrativ resurslar seçkini saxtalaşdırdılar, məntəqələrin qarşısında süni görüntü yaratdılar. Müstəqil media və jurnalistlər bu kampaniyanı ifşa etdilər”.

R.İzzətli Azərbaycan hakimiyyətini Kamboca despotu Pol Potun hakimiyyəti ilə müqayisə edib: “Despot Pol Pot rejimi savadlı insanlardan elə qorxurdu ki, hətta gözdə eynəyin olması ölüm hökmünə səbəb olurdu. İndi də bizim “şanlı hakimiyyət” qərb demokratiyasından elə qorxur ki, əlində, evində dollar, avro olanları qaçaqmalçı kimi həbs edir”.

Ruslan İzzətli ifadəsini belə tamamlayıb: “Hakmiyyətin repressiya siyasəti xalqda ümidsizlik, inamsızlıq yaratmasın. Unutmayın, repressiyalar xalqın müqavimət hissini boğmağa xidmət edir. Bu kin və nifrət siyasətinə birlikdə dur deməliyik. Bunun üçün prosesdə seyirci yox, iştirakçı olmalısınız. Bizim və məmləkətin azadlığı sənin addımından asılıdır”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Finlandiya prezidenti: Avropa Rusiya ilə müharibəyə hazır olmalıdır 

22 Sentyabr 2025

Foto: presidentti.fi

Finlandiya prezidenti Aleksandr Stab deyib ki, Avropa Rusiya ilə müharibəyə hazır olmalıdır.  O, bunu İngiltərənin "The Guardian" qəzetinə müsahibəsində, Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən danışarkən bildirib.  Prezident qeyd edib ki, Ukrayna üçün müzakirə olunan təhlükəsizlik zəmanətləri gələcəkdə Moskvanın Ukraynaya qarşı yenidən hərbi əməliyyata başlayacağı halda Avropa ölkələrini Rusiya ilə vuruşmağa məcbur edəcək. “Əslində təhlükəsizlik zəmanətləri çəkindirici vasitədir. Bu çəkindirici təsirin inandırıcı olması üçün isə o, güclü olmalıdır,” – Stubb bildirib. O əlavə edib ki, zəmanətlər yalnız gələcəkdə Ukrayna və Rusiya arasında sülh razılaşması əldə edildikdən sonra qüvvəyə minəcək. Lakin Stab vurğulayıb ki, Rusiyanın zəmanətlərin formatında söz haqqı yoxdur.  “Rusiyanın müstəqil bir...
Siyasət

Britaniya, Kanada və Avstraliya Fələstini tanıyıb 

22 Sentyabr 2025

Foto: Palestine Chronicle

Böyük Britaniya, Kanada və Avstraliya sentyabrın 21-də Fələstini rəsmi olaraq dövlət kimi tanıyıblar.   Daha bir neçə Avropa ölkəsinin də bu həftə eyni addımı atmağa hazırlaşdığı bildirilir.  “Bu gün fələstinlilər və israillilər üçün sülh ümidini dirçəltmək və iki dövlətli həll yolunu təmin etmək məqsədilə Birləşmiş Krallıq rəsmi olaraq Fələstin Dövlətini tanıyır,” – deyə Böyük Britaniyanın baş naziri Kir Starmer  bəyanatında bildirib. Kanada baş naziri Mark Karni bəyanatında İsrail hökumətinin Fələstin dövlətinin yaradılması perspektivini "əbədi olaraq aradan qaldırmaq üçün planlı şəkildə fəaliyyət göstərdiyini" deyib.  "İsrail beynəlxalq hüquqa zidd olaraq İordaniya çayının qərb sahilində məskunlaşmaların genişləndirilməsi siyasətini amansızcasına davam etdirib. Qəzzada apardığı...

Seçilmiş Videolar

Toplum TV loqo