Siyasət

Cəmil Həsənli: “Azərbaycanda Çin universitetlərini təbliğ etmək faciədir”

28 Aprel, 2025
18

sosial media

Tarixçi və Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli hökumətyönlü mediada Çin universitetlərinin təbliğatının aparılmasını tənqid edib. 

Həsənli “Facebook” hesabında yazıb ki, Prezident İlham Əliyevin bu yaxınlarda Çinə etdiyi səfər fonunda aparılan bu təbliğat “tamamilə yanlış və zərərlidir”. 

Tarixçi vurğulayıb ki, çinlilər öz uşaqlarını yüksək səviyyəli təhsil almaq üçün Qərb, xüsusən də, ABŞ universitetlərinə göndərir.

“Deməli onlar öz uşaqlarını daha yaxşı təhsil almaq üçün Harvard, Prinston, Kolumbiya, Stenford, Berkeley, Yeyl, Oksford, Kembric, LSE, Sarbon, Humbolt universitetlərinə göndərəcək, biz də öz gənclərimizi Çin universitetlərinə. İş gəlib o yerə çatıb ki, Azərbaycanda “Erasmus” təhsil proqramını qapadıb, Çin universitetlərini təbliğ edirlər. Faciədir. Anlamazlıqdır. Nadanlıqdır”, - o qeyd edib. 

İlham Əliyev Çin televiziyasına müsahibəsində daha çox azərbaycanlının Çinə səfər etməsini, təhsil almaq, işləmək üçün gəlməsini istədiyini deyib. O əlavə edib ki, Çin Prezidenti Si Cinpinlə təhsil sahəsində əməkdaşlığı da müzakirə edib. 

“Düşünürəm ki, Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik”, - Əliyev deyib. 

Müsahibənin yayımlanmasından sonra Azərbaycanda dövlət və hökumətyönlü mediada müxtəlif təhsil ekspertlərinə istinadlarla Çinlə təhsil əməkdaşlığı haqda yazılar dərc olunub. 

Azərtac təhsil eksperti Ramin Nurəliyevə istinadla yazıb ki, yeni qurulacaq Azərbaycan-Çin Universiteti “təhsildə keyfiyyətin artırılması, elmi araşdırmaların genişlənməsi və tələbələr üçün yeni imkanların yaradılması baxımından önəmli addım olacaq”. 

“Bu, həm də Şərq ölkələrinin qabaqcıl təhsil təcrübəsinin ölkəmizdə tətbiqinə təkan verəcək”, - o deyib. 

Bir sıra yüksək reytinqli Qərb universitetlərində, həmçinin Çin universitetlərində mühazirələr dediyini qeyd edən Cəmil Həsənli hər iki təhsil sisteminə bələd olduğunu vurğulayıb. 

“Uzun müddət Şimali Koreya gəncləri də məhz Çində təhsil almışdı. Deyəsən, biz də o yolu getmək istəyirik”, - o yazıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Pezeşkian: "Münasibətlərimizə xələl gətirmək istəyənlərin təsirinə düşməməliyik"

28 Aprel 2025

president.az

İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana rəsmi səfər edib.  Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və geniş heyətdə müzakirələr aparıb.  Daha sonra dövlət başçıları mətbuat önünə çıxıb və dövlətlərarası sənədlər imzalanıb.  İmzalanan sənədlər arasında Siyasi Məsləhətləşmələr Proqramı, nəqliyyat, dənizçilərin hazırlanması, mədəni mübadilə və media sahələrində əməkdaşlığı nəzərdə tutan sənədlər var.  Əliyev çıxışında İran prezidentinin səfərinin "əlaqələrin yüksək səviyyədə olmasının təzahürü" olduğunu vurğulayıb.  "Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan...
Siyasət

Putin Qələbə Günü münasibətilə atəşkəs elan edib

28 Aprel 2025

Reuters

Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsindəki qələbənin 80-ci ildönümü münasibətilə mayın 8-dən başlamaqla, 3 günlük, birtərəfli atəşkəs elan edib.  O, Ukrayna Prezidenti Volodimir Zelenskini də oxşar addımı atmağa çağırıb.  Kremlin qərarın humanitar məqsədlə verildiyini, bu müddət ərzində bütün hərbi əməliyyatların dayanacağını açıqlayıb. Ukraynanın atəşkəsi pozacağı halda isə, “adekvat və effektiv” cavab veriləcəyi deyilib.  Qərarla bağlı Ukraynanın prezident administrasiyası rəhbərinin müşaviri CNN-ə deyib ki, “atəşkəs qeyd-şərtsiz olmalıdır, əks halda bu Putinin taktiki oyunundan başqa bir şey deyil”.  Putin bundan əvvəl də Pasxa bayramı münasibətilə müvəqqəti, 30 saatlıq atəşkəs elan etmişdi. Ukrayna tərəfi təklifə skeptik yanaşsa da, nəticədə razılaşmışdı.  Mart ayında...

Seçilmiş Videolar

Toplum TV loqo