Siyasət

Putin Qələbə Günü münasibətilə atəşkəs elan edib

28 Aprel, 2025
170

Reuters

Rusiya Prezidenti Vladimir Putin İkinci Dünya Müharibəsindəki qələbənin 80-ci ildönümü münasibətilə mayın 8-dən başlamaqla, 3 günlük, birtərəfli atəşkəs elan edib. 

O, Ukrayna Prezidenti Volodimir Zelenskini də oxşar addımı atmağa çağırıb. 

Kremlin qərarın humanitar məqsədlə verildiyini, bu müddət ərzində bütün hərbi əməliyyatların dayanacağını açıqlayıb. Ukraynanın atəşkəsi pozacağı halda isə, “adekvat və effektiv” cavab veriləcəyi deyilib. 

Qərarla bağlı Ukraynanın prezident administrasiyası rəhbərinin müşaviri CNN-ə deyib ki, “atəşkəs qeyd-şərtsiz olmalıdır, əks halda bu Putinin taktiki oyunundan başqa bir şey deyil”. 

Putin bundan əvvəl də Pasxa bayramı münasibətilə müvəqqəti, 30 saatlıq atəşkəs elan etmişdi. Ukrayna tərəfi təklifə skeptik yanaşsa da, nəticədə razılaşmışdı. 

Mart ayında ABŞ-ın təklif etdiyi və Ukraynanın qəbul etdiyi 1 aylıq müvəqqəti atəşkəs təklifini isə Rusiya rədd etmişdi. Putin bunu ölkəsinin “hücuma məruz qalması” ilə izah etmişdi. 

Sülh danışıqlarında irəliləyişlər görünməsə də, ABŞ Prezidenti Donald Tramp aprelin 27-də tərəflərin “sülh razılaşmasına çox yaxın olduğunu” deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Almaniyalı keçmiş deputata Azərbaycan adından rüşvət vermək ittihamı ilə hökm oxunub 

31 İyul 2025

Foto: Leonie Asendorpf

Almaniyanın Münhen şəhər məhkəməsi keçmiş Bundestaq üzvü Eduard Lintneri Azərbaycan hakimiyyəti adından almaniyalı məmurlara rüşvət vermək ittihamı ilə doqquz ay şərti həbs cəzasına məhkum edib.  Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin (“OCCRP”) xəbərinə görə, bununla, o, Almaniya tarixində belə bir cinayətdə təqsirli bilinən ilk qanunverici olub. 80 yaşlı Lintner məhkəmədə özünü təqsirli bilməyib və altı ay davam edən proses boyunca özünü “Azərbaycanın dəstəklənməsini şərəfli motivlərlə həyata keçirən qanuni lobbiçi” kimi təqdim edib. Lakin, iyulun 30-da Münhen Ali Regional Məhkəməsi onun digər siyasətçilərə ötürdüyü ödənişlərin əslində rüşvət olduğuna qərar verib. Bundestaqda 33 il deputat olmuş Lintner 2017-ci ildə “OCCRP” və...
Siyasət

Qabil Məmmədova 16 il qiyabi hökm oxunub

30 İyul 2025

Foto: sosial media

Almaniyada yaşayan və Azərbaycan hökumətini kəskin tənqid edən bloger Qabil Məmmədovun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.  "APA"-nın xəbərinə görə, iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə blogerə qiyabi hökm elan edilib. Hökmə əsasən, Q.Məmmədovun barəsində 16 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Cinayət işində iddia olunur ki, Məmmədov 2015-2017-ci illər ərzində 10 nəfər şəxsi dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə aldadıb və həmin şəxslərdən ümumilikdə 25,597 manat pul alıb. Həmçinin, Q.Məmmədovun sosial media hesablarından açıq şəkildə terrorçuluğa çağırışlar etdiyi iddia olunub.  Nəticədə bloger dələduzluq, terrorçuluq,...

Seçilmiş Videolar

Toplum TV loqo