Siyasət

Pezeşkian: "Münasibətlərimizə xələl gətirmək istəyənlərin təsirinə düşməməliyik"

28 Aprel, 2025
183

president.az

İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana rəsmi səfər edib. 

Səfər çərçivəsində o, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və geniş heyətdə müzakirələr aparıb. 

Daha sonra dövlət başçıları mətbuat önünə çıxıb və dövlətlərarası sənədlər imzalanıb. 

İmzalanan sənədlər arasında Siyasi Məsləhətləşmələr Proqramı, nəqliyyat, dənizçilərin hazırlanması, mədəni mübadilə və media sahələrində əməkdaşlığı nəzərdə tutan sənədlər var. 

Əliyev çıxışında İran prezidentinin səfərinin "əlaqələrin yüksək səviyyədə olmasının təzahürü" olduğunu vurğulayıb. 

"Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır", - o deyib. 

Pezeşkian Azərbaycana səfərindən öncə AzTV-yə müsahibə verib. Aprelin 27-də yayımlanan müsahibədə prezidentə İran-Azərbaycan əlaqələrinin son illərdə pozulmasına dair sual ünvanlanıb. 

"Biz siyasi-ictimai elita olaraq çalışmalıyıq ki, bəzilərinin ölçülməmiş hərəkətləri yuxarılara təsir etməsin. Uşaqlıqda biz bir-birimizlə savaşardıq, sonra da barışardıq. Amma böyükləri söhbətə cəlb edəndə, onlar küsülü qalardı. Biz uşaqların davasının, habelə münasibətlərimizə xələl gətirmək istəyən bəzilərinin təsirinə düşməməliyik", - Pezeşkian cavabında deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

AXCP Daşkəsən şöbəsinin sədri həbs olunub

14 İyun 2025

Foto: Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Ruzi Bağırov iyunun 13-də 30 sutkalıq inzibati qaydada həbs olunub.  Bu barədə AXCP sədri Əli Kərimli "Facebook" səhifəsində xəbər verib.  Məlumata görə, Bağırov İnzibati Xətalar Məcəlləsinin polisə müqavimət göstərmək maddəsilə həbs olunub. AXCP Daşkəsən şöbəsinin keçmiş sədri Sahib Məmməzadənin ötən il narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilməsini xatırladan Kərimli bunu "ölkədə repressiyaların miqyasının genişlənməsi kimi" qiymətləndirib.  "Ölkəmizdə siyasi məhbusların sayının 375 nəfəri keçdiyi bir şəraitdə repressiyaları dayandırmağın tək bir yolu var. Rejimin rəqib siyasi düşərgədən hər bir qanunsuz həbsi ümumxalq qınağına məruz qalmalıdır. Xalqımız hər fürsətdə öz iradəsini ortaya...
Siyasət

İsrail dünyadakı bütün səfirliklərini bağlayır

13 İyun 2025

Foto: Reuters

İsrail bütün ölkələrdəki səfirliklərini bağlamaq qərarı verib.  İsrailin Xarici İşlər Nazirliyi verdiyi bəyanatda, həmçinin, konsulluq xidmətlərinin də təmin olunmayacağını bildirib.  Qərarın nə qədər qüvvədə olacağı bəlli deyil.  Nazirlik, həmçinin, ölkə xaricində olan İsrail vətəndaşlarından olduqları məkan barədə forma doldurmalarını istəyib.  2023-cü il oktyabrın 7-də HƏMAS qruplaşmasının İsrailə hücumundan sonra da vətəndaşlardan oxşar forma doldurmaları istənilmişdi və ehtiyatda olan hərbi qulluqçuları qeydiyyata almaq məqsədi daşıyırdı.  İsrail ordusu iyunun 13-ə keçən gecə İrana zərbələr endirib. Zərbələr nəticəsində İranın Tehran, Təbriz, Natanz və Kirmanşah şəhərlərində partlayışlar müşahidə olunub və ordu rəhbərliyindən olan şəxslər və nüvə alimləri öldürülüb.

Seçilmiş Videolar

Toplum TV loqo