Dünya

Ukraynanın keçmiş prezidentinə 15 il həbs cəzası verilib

28 Aprel, 2025
12

açıq mənbədən götürülüb

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edib.

Eyni zamanda Kiyevin Podolsk Rayon Məhkəməsi Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Konstantin Kobzara da eyni qaydada 10 il həbs cəzası verib.

Viktor Yanukoviç şəxslərin Ukraynanın dövlət sərhədindən qanunsuz keçirilməsini təşkil etmə və fərariliyə sövq etmə, Konstantin Kobzar isə şəxslərin Ukraynanın dövlət sərhədindən qanunsuz keçirilməsi və fərariliyin təşkili maddələrində təqsirli bilinib.

İstintaqın məlumatına görə, 2014-cü il fevralın 23-də Yanukoviç keçmiş təhlükəsizlik rəisi və Rusiya nümayəndələri ilə razılaşdırılaraq, özü və digər şəxslər üçün Ukraynadan qanunsuz qaçış təşkil edib.

Onlar Rusiya Silahlı Qüvvələrinin pilotunun nəzarəti altında üç hərbi helikopterlə Donetsk vilayətinin hərbi aerodrom istiqamətində havaya qalxıblar.

Bir müddət qaldıqdan sonra isə Krım hərbi aerodromuna yollanıblar. Daha sonra eks-prezident Ukraynanı həmişəlik tərk etmək qərarına gəlib.

O, Rusiya hərbçiləri tərəfindən dəniz yolu ilə Krımdan təxliyə edilib.

İddia olunur ki, bu, birbaşa Rusiya prezidenti ilə razılaşdırılıb.

Şəxslər ədalət mühakiməsindən gizləndikləri üçün işə qiyabi (təqsirləndirilən şəxsin iştirakı olmadan) xüsusi məhkəmə icraatı proseduru ilə baxılıb.

Yanukoviç 2010-2014-cü illərdə Ukrayna prezidenti olub. 2014-cü ilin fevralında o, kəskin siyasi böhran və Avromaydan nümayişçilərinə atışma fonunda ölkədən qaçıb.

2019-cu ilin yanvarında Kiyev məhkəməsi onu dövlətə xəyanətdə və təcavüzkar müharibənin başlamasına kömək etməkdə ittiham edərək qiyabi olaraq 13 il müddətinə azadlıqdan məhrum edib.

Hökmdən apellyasiya şikayəti verilib və o qanuni qüvvəyə minməyib.

Rusiyadan sığınacaq almış keçmiş prezidentin özü ittihamları qəti şəkildə rədd edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Tramp: “Zelenski Krımdan əl çəkəcək”

28 Aprel 2025

Reuters

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə sülh razılaşmasının tərkib hissəsi olaraq Krımdan əl çəkəcəyini deyib.  O, bunu aprelin 27-də Vatikanda Papa Fransiskin dəfnindən qayıdarkən jurnalistlərdən birinin sualına cavabında deyib.  “Krım 12 il əvvəl Obamanın vaxtında olmuş söhbətdir. Bir güllə belə atılmadan [Rusiyaya] təhvil vermişdilər. Məndən Krımı soruşmayın. Gedin Obama və Baydendən soruşun”, - Tramp əlavə edib.  ABŞ prezidenti Vatikanda Zelenski ilə keçirdiyi qısa görüşdən də danışıb. O görüşün yaxşı keçdiyini, Krımın isə qısa müzakirə olunduğunu qeyd edib. Tramp deyib ki, ukraynalı həmkarı fevralda Ağ Evdə keçirdikləri, mübahisə ilə sonlanan görüşlə müqayisədə “daha təmkinli” olub.  Tramp daha öncə...
Dünya

Gürcüstan 17 ölkənin vətəndaşlarına giriş qaydalarını sərtləşdirir

28 Aprel 2025

açıq mənbədən götürülüb

Gürcüstan 17 ölkənin vətəndaşlarına ölkəyə giriş qaydalarını sərtləşdirir.  Bu ölkələrin siyahısında Əfqanıstan, Banqladeş, Efiopiya, Eritreya, Qana, Yəmən, Kamerun, Kot-d’İvuar, Konqo Demokratik Respublikası, Mərakeş, Nigeriya, Pakistan, Somali, Suriya, Sudan, Tanzaniya və Uqanda var.  Mayın 16-dan qüvvəyə minəcək dəyişikliyə görə, sözügedən ölkələrin vətəndaşlarının Gürcüstana girdiyi gün onların Körfəz ölkələrindən olan vizalarının və ya yaşayış icazələrinin bitmə müddətinə bir ildən çox vaxt qalmalıdır. Əks halda, onların Gürcüstana daxil olmasına icazə verilməyəcək. Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, dəyişiklik müəyyən ölkələrin vətəndaşlarının Gürcüstana vizasız giriş hüququnun sərtləşdirilməsinə və qeyri-qanuni miqrasiya ilə mübarizəyə xidmət edir.  Buna baxmayaraq, bu ölkələrin vətəndaşlarının ABŞ, Avropa İttifaqı ölkələri, Böyük...

Seçilmiş Videolar

Toplum TV loqo