açıq mınbədən götürülüb
Tacikistan və Özbəkistan vətəndaşları Səaudiyyə Ərəbistanına turizm və ya ümrə ziyarəti üçün elektron viza ala bilməyəcək.
Səudiyyə Ərəbistanı hökuməti bu ölkənin vətəndaşlarını elektron turizm vizası almaq hüququndan məhrum edib.
Dövlətin rəsmi eVisa portalı vasitəsilə təqdim edilən elektron vizalar turist səfərləri və kiçik zəvvarlıq (ümrə) üçün nəzərdə tutulurdu.
Hazırda Tacikistan və Özbəkistan vətəndaşlarının bu xidmətdən niyə istifadə edə bilmədikləri barədə rəsmi açıqlama verilməyib.
Məlumata görə, bu məhdudiyyətlər Məkkə və Mədinəyə ziyarətə nəzarətin sərtləşdirilməsi ilə əlaqələndirilə bilər.
Yeni qərara görə, 2025-ci il 29 apreldən etibarən hər iki şəhərə yalnız xüsusi zəvvar vizası ilə giriş mümkün olacaq.
Turist vizalarından dini ziyarətlər üçün istifadə qadağan ediləcək.
Bu tələbləri pozan şəxslərə 2700 ABŞ dolları (Təxminən 4590 AZN) məbləğində cərimə nəzərdə tutulur.
Bundan başqa qaydanı pozanlara altı aya qədər azadlıqdan məhrumetmə, deportasiya və Səudiyyə Ərəbistanına 10 il müddətinə giriş qadağası tətbiq olunacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
açıq mənbədən götürülüb