Siyasət

Gürcüstan 25 əcnəbini “nümayişlərdə iştiraka görə” ölkədən çıxarıb

7 Yanvar, 2025
37

OC-MEDİA

Gürcüstan Daxili İşlər Nazirliyi noyabr və dekabr aylarında hökumət əleyhinə nümayişlərdə iştirak etdiyi iddia edilən 25 əcnəbinin ölkədən çıxarılmasına qərar verib (OC Media). 

Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi 25 əcnəbidən artıq 10 nəfərin Gürcüstanı tərk etdiyini bildirsə də, onların hansı ölkədən olduğunu açıqlamayıb.

Miqrasiya İdarəsi bildirib ki, 2024-cü ilin son iki ayı ərzində İran, Əlcəzair, Hindistan, Mərakeş, Şri-Lanka, Misir, Pakistan, Nigeriya, İraq, Türkiyə, Azərbaycan, Rusiya vətəndaşları da daxil olmaqla, müxtəlif ölkələrdən olan 91 əcnəbi Gürcüstandan çıxarılıb. 

İdarədən verilən açıqlamaya görə, deportasiya edilən 91 nəfər arasında etiraz aksiyalarında iştirak etdiyi deyilən və buna görə də "müxtəlif inzibati cərimələrə" məruz qalan 25 xarici ölkə vətəndaşı da var. 

Qurum qeyd edir ki, 2024-cü ildə Gürcüstandan ümumilikdə 430 əcnəbi çıxarılıb ki, bu da əvvəlki illə müqayisədə 126% çoxdur. 

Yerli hüquq müdafiəçilərinə görə, noyabr-dekabr aylarında amansız repressiyalar zamanı təxminən 500 nümayişçi saxlanılıb, onlardan bəziləri fiziki təzyiqlərə məruz qalıb və çoxunun tibbi yardıma ehtiyacı var.

Gürcüstan hökumətinin Avropa İttifaqına inteqrasiya siyasətini dayandırması haqda qərarı açıqlamasından sonra ölkədə başlamış etirazlar 40 gündən çoxdur davam edir.

Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini və hökumət əleyhinə nümayişlər zamanı saxlanılanların azad edilməsini tələb edirlər.

Rəsmi nəticələrə görə, oktyabrın 26-da keçirilən parlament seçkilərində Gürcü Arzusu partiyası səslərin 54%-ni qazanıb. Bununla belə, yerli media və müşahidəçi qruplar hakim partiya və onun nəzarət etdiyi qurumlar tərəfindən  səsvermə zamanı yol verilən qanun pozuntularını sənədləşdiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Toplum TV işi” üzrə həbs edilən Akif Qurbanov və İlkin Əmrahovun apellyasiya şikayəti təmin edilmədi

8 Yanvar 2025

Toplum TV

Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbs edilmiş III Resblika Platformasının spikeri Akif Qurbanov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahovun həbs müddətinin daha 3 ay uzadılması barədə qərardan verilən apellyasiya şikayətini təmin etməyib.  Xətai Rayon Məhkəməsi ötən ay “Toplum TV işi” üzrə saxlanılmış yeddi nəfərin haqqındakı həbs qətimkan tədbirinin aprelin 6-dək uzatmaq barədə qərar vermişdi.  A.Qurbanov və İ.Əmrahov ötən il martın 6-da həbs ediliblər. Onlar qaçaqmalçılıqda ittiham edilirlər. Özləri ittihamı qəbul emirlər. Ümumilikdə bu iş üzrə 9 nəfərə cinayət işi açılıb. Onlardan ikisi barədə polis nəzarətinə verilməklə istintaq dönəmində azadlıqda qalması haqda qərar verilib. 7 nəfər...
Siyasət

Samir Aşurovun həbs cəzası 6 ay azaldılıb

8 Yanvar 2025

Azadlıq.org

Almaniyadan deportasiya edildikdən sonra həbs olunan ictimai fəal Samir Aşurova təqsirli bilindiyi ittihamlardan biri üzrə bəraət verilib,  həbs cəzası 6 ay azaldılıb. Qərar yanvarın 8-də Azərbaycan Ali Məhkəməsi tərəfindən verilib. Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, Ali Məhkəmə tərkibi olmadığına görə Samir Aşurovun günahkar bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddəsi üzrə xitam qərarı qəbul edib və ona bəraət verib.  Ali Məhkəmə Aşurova Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 6 il qəti cəza təyin edib. 2023-cü il martın 29-da Almaniyadan...

Seçilmiş Videolar

Toplum TV loqo