“Toplum TV işi” üzrə həbs edilən Akif Qurbanov və İlkin Əmrahovun apellyasiya şikayəti təmin edilmədi
Toplum TV
Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbs edilmiş III Resblika Platformasının spikeri Akif Qurbanov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahovun həbs müddətinin daha 3 ay uzadılması barədə qərardan verilən apellyasiya şikayətini təmin etməyib.
Xətai Rayon Məhkəməsi ötən ay “Toplum TV işi” üzrə saxlanılmış yeddi nəfərin haqqındakı həbs qətimkan tədbirinin aprelin 6-dək uzatmaq barədə qərar vermişdi.
A.Qurbanov və İ.Əmrahov ötən il martın 6-da həbs ediliblər. Onlar qaçaqmalçılıqda ittiham edilirlər. Özləri ittihamı qəbul emirlər.
Ümumilikdə bu iş üzrə 9 nəfərə cinayət işi açılıb. Onlardan ikisi barədə polis nəzarətinə verilməklə istintaq dönəmində azadlıqda qalması haqda qərar verilib. 7 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.
Yerli və beynəlxalq qurumlar onları siyasi məhbus kimi tanıyıblar.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olmadığını bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
report
Azadlıq.org
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.