Siyasət

Prezident Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi ilə görüşüb

8 Yanvar, 2025
20

Azərtac

Prezident İlham Əliyev yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Maqdalena Qrono Azərbaycanın regionda və onun hüdudlarından kənarda əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayıb. Eyni zamanda, Qrononun Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd etdiyi deyilir.

Prezident İlham Əliyevinsə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın zəngin tarixə malik olduğunu vurğuladığı, bu xüsusda, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat, investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrlə bağlı məsələlərə toxunulduğu bildirilir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ərdoğan: “Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək”

9 Yanvar 2025

report

Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə yanvarın 8-dəki telefon danışığı zamanı bildirib. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir. R.T.Ərdoğan ölkələr arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini,  ölkəsinin Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyib, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunur. İlham Əliyevinsə Azərbaycanla Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını vurğuladığı deyilir. Bildirilir ki, telefon söhbəti zamanı 2025-ci ildə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir...
Siyasət

“Toplum TV işi” üzrə həbs edilən Akif Qurbanov və İlkin Əmrahovun apellyasiya şikayəti təmin edilmədi

8 Yanvar 2025

Toplum TV

Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbs edilmiş III Resblika Platformasının spikeri Akif Qurbanov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahovun həbs müddətinin daha 3 ay uzadılması barədə qərardan verilən apellyasiya şikayətini təmin etməyib.  Xətai Rayon Məhkəməsi ötən ay “Toplum TV işi” üzrə saxlanılmış yeddi nəfərin haqqındakı həbs qətimkan tədbirinin aprelin 6-dək uzatmaq barədə qərar vermişdi.  A.Qurbanov və İ.Əmrahov ötən il martın 6-da həbs ediliblər. Onlar qaçaqmalçılıqda ittiham edilirlər. Özləri ittihamı qəbul emirlər. Ümumilikdə bu iş üzrə 9 nəfərə cinayət işi açılıb. Onlardan ikisi barədə polis nəzarətinə verilməklə istintaq dönəmində azadlıqda qalması haqda qərar verilib. 7 nəfər...

Seçilmiş Videolar

Toplum TV loqo