Azadlıq.org
Almaniyadan deportasiya edildikdən sonra həbs olunan ictimai fəal Samir Aşurova təqsirli bilindiyi ittihamlardan biri üzrə bəraət verilib, həbs cəzası 6 ay azaldılıb.
Qərar yanvarın 8-də Azərbaycan Ali Məhkəməsi tərəfindən verilib.
Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Ali Məhkəmə tərkibi olmadığına görə Samir Aşurovun günahkar bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddəsi üzrə xitam qərarı qəbul edib və ona bəraət verib.
Ali Məhkəmə Aşurova Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 6 il qəti cəza təyin edib.
2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan S.Aşurov 20 gün sonra polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyevə bıçaqla xəsarət yetirməkdə ittiham edilib.
Bir neçə ay sonra ona qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələrilə təqsirli bilərək 6,5 il azadlıqdan məhrum edib.
Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.
Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbus olmadığını bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
report
“Toplum TV işi” üzrə həbs edilən Akif Qurbanov və İlkin Əmrahovun apellyasiya şikayəti təmin edilmədi
Toplum TV
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Suriyada kim qalib gəldi?
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.