Siyasət

Almaniya vətəndaşı Həmzə Məmmədli 6 il azadlıqdan məhrum edildi

8 Yanvar, 2025
36

Amerikanın səsi

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniya vətəndaşı olan azərbaycanlı Həmzə Məmmədli 6 il azadlıqdan məhrum edilib (Meydan TV). 

Həmzə Məmmədli Cinayət Məcəlləsinin 214.2 (terrorçuluğa acıq çağırış) və 281.2 (bir qrup şəxs tərəfindən dövlət əlehinə acıq çağrış) maddələrilə təqsirli bilinib. 

33 yaşlı Həmzə Məmmədli 2015-ci ildən Almaniyada yaşayıb, 2023-cü ilin əvvəlində Almaniya vətəndaşlığı alıb. Elə həmin il öz toyunda iştirak etmək üçün Bakıya gəlib və aeroportda saxlanılıb. 

Saxlanılarkən 2018-ci ildən axtarışa verildiyi, barəsində qiyabi həbs qərarı çıxarıldığı deyilib. H.Məmmədli 2018-ci ildə Gəncədə  icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddən sonra internetdə bu hadisə ilə əlaqəli çağırışlarda ittiham olunur.

İş materiallarında sübut kimi, Facebookda “Hamam Times” səhifəsindəki paylaşıma yazılmış şərh göstərilib.

Vəkilləri onun təqsirsiz olduğunu bildirib və bəraət verilməsini xahiş ediblər.

Həmzə Məmmədli də son sözündə ittihamların əsassız olduğunu, Gəncənin icra başçısına sui-qəsddə ittiham olunan Yunis Səfərovu tanımadığını, onunla əlaqəsi olmadığını bildirib. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ərdoğan: “Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək”

9 Yanvar 2025

report

Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə yanvarın 8-dəki telefon danışığı zamanı bildirib. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir. R.T.Ərdoğan ölkələr arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini,  ölkəsinin Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyib, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunur. İlham Əliyevinsə Azərbaycanla Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını vurğuladığı deyilir. Bildirilir ki, telefon söhbəti zamanı 2025-ci ildə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir...
Siyasət

“Toplum TV işi” üzrə həbs edilən Akif Qurbanov və İlkin Əmrahovun apellyasiya şikayəti təmin edilmədi

8 Yanvar 2025

Toplum TV

Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbs edilmiş III Resblika Platformasının spikeri Akif Qurbanov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahovun həbs müddətinin daha 3 ay uzadılması barədə qərardan verilən apellyasiya şikayətini təmin etməyib.  Xətai Rayon Məhkəməsi ötən ay “Toplum TV işi” üzrə saxlanılmış yeddi nəfərin haqqındakı həbs qətimkan tədbirinin aprelin 6-dək uzatmaq barədə qərar vermişdi.  A.Qurbanov və İ.Əmrahov ötən il martın 6-da həbs ediliblər. Onlar qaçaqmalçılıqda ittiham edilirlər. Özləri ittihamı qəbul emirlər. Ümumilikdə bu iş üzrə 9 nəfərə cinayət işi açılıb. Onlardan ikisi barədə polis nəzarətinə verilməklə istintaq dönəmində azadlıqda qalması haqda qərar verilib. 7 nəfər...

Seçilmiş Videolar

Toplum TV loqo