Siyasət

İlham Əliyev:  “Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib” 

8 Yanvar, 2025
26

ölke.az

Yanvarın 7-də yerli telekanallara müsahibə verən Prezident İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərinə də toxunub. O, Birləşmiş Ştatların yeni seçilmiş Prezidenti Trampın çox aydın, açıq mesajlar göndərdiyini bildirib. 

“İndi bunların bəlkə də hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.

Prezident İ.Əliyev Amerikada Soros dövrünün başa çatdığını və Bayden administrasiyasının əslində, Soros idarə üsulu ilə idarə olunduğunu da deyib: “Təsadüfi deyil ki, Baydenin son qərarlarından biri Sorosu Amerikanın ən yüksək mükafatı ilə təltif etməsi idi. Yəni, bu sorosçular faktiki olaraq mövqelərini itirirlər. Ermənistan rəhbərliyi bunu da nəzərə alsın. Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”.

Son zamanlar ABŞ-Azərbaycan münasibətlərində gərginlik müşahidə edilməkdədir. Azərbaycanı sülh müqaviləsini imzalamağa dəvət edən ABŞ rəsmiləri ölkədə həbslərin dayandırılmasına, insan hüquqları sahəsindəki problemlərin həllinə dair də çağırışlar edirlər. Azərbaycan hakimiyyəti isə bu tənqidlərlə razılaşmır və ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirir. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ərdoğan: “Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək”

9 Yanvar 2025

report

Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə yanvarın 8-dəki telefon danışığı zamanı bildirib. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir. R.T.Ərdoğan ölkələr arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini,  ölkəsinin Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyib, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunur. İlham Əliyevinsə Azərbaycanla Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını vurğuladığı deyilir. Bildirilir ki, telefon söhbəti zamanı 2025-ci ildə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir...
Siyasət

“Toplum TV işi” üzrə həbs edilən Akif Qurbanov və İlkin Əmrahovun apellyasiya şikayəti təmin edilmədi

8 Yanvar 2025

Toplum TV

Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV işi” üzrə həbs edilmiş III Resblika Platformasının spikeri Akif Qurbanov və Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahovun həbs müddətinin daha 3 ay uzadılması barədə qərardan verilən apellyasiya şikayətini təmin etməyib.  Xətai Rayon Məhkəməsi ötən ay “Toplum TV işi” üzrə saxlanılmış yeddi nəfərin haqqındakı həbs qətimkan tədbirinin aprelin 6-dək uzatmaq barədə qərar vermişdi.  A.Qurbanov və İ.Əmrahov ötən il martın 6-da həbs ediliblər. Onlar qaçaqmalçılıqda ittiham edilirlər. Özləri ittihamı qəbul emirlər. Ümumilikdə bu iş üzrə 9 nəfərə cinayət işi açılıb. Onlardan ikisi barədə polis nəzarətinə verilməklə istintaq dönəmində azadlıqda qalması haqda qərar verilib. 7 nəfər...

Seçilmiş Videolar

Toplum TV loqo