Siyasət

İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir

10 Avqust, 2026
26

president.az

Azərbaycan prezidenti İlham Əliyevin açılışını etdiyi hoteli inşa etmiş şirkət pulunu ala bilmədiyini bildirir.

Bu barədə avqustun 10-da "Azadlıq Radiosu" adını açıqlamadığı mənbəyə istinadən məlumat yayıb. 

İ.Əliyev iyulun 31-də Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” hotelinin açılışını edib. Açılışda onunla yanaşı Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistan prezidentləri iştirak edib. 

Hotel Azərbaycan və Qırğızıstan hökumətləri arasında 2023-cü ildə Bişkekdə imzalanmış saziş çərçivəsində inşa olunub. Sazişə görə, hotelin idarəçiliyi 49 il müddətinə Azərbaycana verilib.

"Azadlıq Radiosu"nun məlumatına görə, hotel kompleksinin təkcə eskiz layihəsinin hazırlanması üçün 2023-cü ildə "FLAX" şirkəti ilə 228 min 684 manatlıq müqavilə bağlanıb. Sifarişçi isə Azərbaycan prezidentinin İşlər İdarəsi olub. Açılış zamanı da dövlət başçılarına hotel barədə məlumatı idarənin müdiri Ramin Quluzadə verib. 

Lakin şirkət iddia edir ki, hotelin artıq açılışının baş tutmasına baxmayaraq, prezidentin İşlər İdarəsi hələ də razılaşdırılan pulu ödəmir. 

Bundan əlavə, "FLAX" Zəngilanda inşa etdiyi hotelin də pulunu ala bilmədiyini deyir. İddiaya görə, şirkət həmin hotel üçün də prezidentin İşlər İdarəsi ilə müqavilə bağlasa və işlərə başlasa da, bir müddət sonra şifahi şəkildə işi dayandırmalı olduqları deyilib. 

Şirkət hər iki hotellə bağlı Prezident Administrasiyasına qarşı məhkəmədə iddia qaldırıb. Qırğızıstandakı hotelə görə 228 min manat, Zəngilandakı hotelə görə 382 min manat ödənilməsi tələb olunur. 

Məhkəmə isə iyunda şirkətin əleyhinə qərar verib. Qərarda bildirilir ki, şirkət qarşı tərəfin həmin müqavilələr üzrə hər hansı öhdəliyinin yaranmasını sübut edə bilməyib.

"FLAX" şirkəti Azərbaycanda uzun müddətdir dövlət qurumları ilə əməkdaşlıq edir. Şirkət Ağdamda Cümə məscidinin bərpası, eləcə də Ağ şəhərdə yaşayış binalarının və Laçın və Zəngilanda hotel komplekslərinin tikintisi ilə məşğul olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Qardaşı: "Azərbaycan dövləti adından kimlərsə Vüqar Məmmədovu azadlıqdan yox, həyatdan məhrum etməyi planlaşdırıb"

10 Avqust 2026

sosial media

"Hürriyyət TV”-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun müalicəsinin yarımçıq saxlanıldığı bildirilir.  "Hürriyyət TV"-nin məlumatına görə, jurnalist avqustun 8-də Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına qaytarılıb. O, iyulun 23-də müalicə müəssisəsinə yerləşdirilmişdi.  "Halbuki Penitensiar Xidmətin Müalicə Müəssisəsində V.Məmmədovu müayinə edən həkimlər onun angioqrafiya ("anju") olunması və təcili əməliyyata götürülməsi ilə bağlı rəy veriblər. Maraqlıdır ki, müalicə müəssisəsinin rəhbərliyi baş redaktorun müalicəsinin yarımçıq saxlanılaraq yenidən Kürdəxanıya köçürülməsinin onların deyil, “yuxarı”nın qərarı olduğunu bildiriblər", - xəbərdə deyilir.  Qardaşı Cəsur Məmmədov həmin gün sosial media hesabında qardaşının müalicə müəssisəsində saxlanıldığı ilk 10 gündə ciddi müayinə və müalicə almadığını yazıb.  "Bu barədə "yuxarı"lara...
Siyasət

Bəhruz Səmədov: "Məqsəd sağlamlığıma geridönməz zərər vurmaqdır" 

7 Avqust 2026

Sosial media

Həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov Fransada yaşayan tarixçi və hökumət tənqidçisi Altay Göyüşova məktub yazıb.  Tarixçinin avqustun 6-da sosial media hesabında ictimailəşdirdiyi məktubda B.Səmədov həbsinin akademik fəaliyyətinə zərbə vurduğunu qeyd edib.  "Təəssüf ki, layihələrim yarımçıq qaldı. Mən sizinlə dövlət anlayışının müqəddəsləşdirilməsi və xalqın ona tabe etdirilməsi kimi məsələləri müzakirə etməyə ümid edirdim. Amma indi özümü burada tapmışam. İnanıram ki, mənə qarşı gözlənilmədən göstərilən bu qəddarlığın səbəbi həm nəzəri yanaşmam, həm də qəti mövqeyimdir. Eyni zamanda, sizin sayənizdə aldığım beynəlxalq dəstək onları daha da qəzəbləndirdi və nəticədə məni ciddi rejimli qapalı cəzaçəkmə müəssisəsində həbs cəzası ilə ən...

Seçilmiş Videolar

Toplum TV loqo