Foto: The New York Times
Ukrayna ordusu üçün döyüşən ən az 22 xarici könüllü Rusiyanın zərbəsi nəticəsində həlak olub.
“The New York Times” yazır ki, 21 iyulda Kirovohrad vilayətinin Kropivnitskyi şəhəri yaxınlığındakı təlim düşərgəsində yeməkxanaya edilən Rusiya hücumu nəticəsində ABŞ, Kolumbiya, Tayvan, Danimarka və digər ölkələrdən olan könüllülər həlak olublar.
Nəşrin məlumatına görə, təlim mərkəzinə raket hücumu könüllülərin yemək yediyi vaxt baş verib. Adı açıqlanmayan amerikalı bir hərbçi nəşrə bildirib ki, partlayışdan sonra o, azı 15 ölü əsgər və 100-dən çox yaralı görüb.
Bundan əlavə, zərbə nəticəsində sursat anbarı yanıb, bu isə yaralıların müalicəsi zamanı əlavə partlayışlara səbəb olub.
Ukrayna Hərbi Kəşfiyyatının Beynəlxalq Legionunun sözçüsü Vladimir Kaminski hücumda ölənlərin sayını açıqlamayıb, lakin hadisə ilə bağlı araşdırmanın davam etdiyini qeyd edib.
Rusiya əvvəllər də Ukraynada təlim mərkəzlərinə hücumlar edib.
Ötən il Poltavada baş verən raket hücumu nəticəsində 50-dən çox kursant və əsgər həlak olub, çox sayda insan yaralanıb.
29 iyulda təlim akademiyasına edilən hücumda isə üç hərbi qulluqçu həlak olub, 18 nəfər yaralanıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Foto: AFP
Hacı Vəliyev: "Hökumətin qazilərə ögey münasibətindən danışdığım üçün həbs olunmuşam"
Açıq mənbə
Avropa Məhkəməsi Səbaildə sökülən evə görə 130 min avrodan çox təzminat təyin edib
Azərbaycan müəllimi öz nazirindən təxminən 15-16 dəfə az əmək haqqı alacaq
“Toplum TV işi”: “Belə işə görə siz müstəntiqlərə cinayət işi açmalı idiniz”
Prezident Azərbaycanın ət və süd ixrac edəcəyini deyir, əslində vəziyyət necədir?
Gürcüstan Əfqan Sadıqovun “Facebook” paylaşımına görə deportasiyasına qərar verib