Toplum TV
Aprelin 24-də “Toplum TV işi” üzrə həbs olunan jurnalist və fəalların növbəti məhkəmə prosesi olacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq iclas saat 10:30-a təyin olunub.
Ötən məhkəmədə vəkillər həbs edilənlərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər təqdim etmiş, lakin onlar təmin edilməmişdi.
“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin səhhəti ilə əlaqədar verilən vəsatətə isə baxılacağı deyilmişdi.
"Toplum TV" 9 ildir Azərbaycanda müstəqil media fəaliyyəti ilə məşğuldur.
2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV” nin ofisini möhürləyib.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.
“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.
Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.
"Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“Toplum TV” işi: “İlham Əliyev gəlsin şahidlik etsin”, “Baş prokuror gəlsin cinayətimi sübut etsin”
Toplum TV
Toplum TV