Siyasət

Milli Məclis süni adalarda kazinoya icazə verməyə hazırlaşır

18 İyun, 2025
513

Foto: açıq mənbə

Milli Məclis Azərbaycanda kazino oyunlarının təşkili və keçirilməsinə icazə verməyə hazırlaşır. 

Bunu “Teleqraf” saytına açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib. 

O bildirib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə Azərbaycan Respublikasının Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik layihəsi daxil edilib.

Bu dəyişikliklərdə yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.

“Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər”, - “Teleqraf” deputata istinadən yazıb. 

Azərbaycanda kazino oyunları 1998-ci ildə keçmiş Prezident Heydər Əliyevin sərəncamı ilə qadağan olunub. 

Məhərrəmov bildirib ki, həmin dövrdə “effektiv nəzarət mexanizmlərinin olmaması və dünya təcrübəsinin öyrənilməməsi” bu cür fəaliyyət növlərinin Azərbaycan iqtisadiyyatına ziyan vurmasına, qeyri-qanuni yollarla əldə edilmiş pulların leqallaşdırılmasına və digər cinayətlərin törədilməsinə əlverişli şərait yaradırdı. 

“Dövlət aparatının güclənməsi, nəzarət mexanizmlərinin oturuşması bu gün artıq 28 il öncəki real səbəbləri aradan qaldırmaq üçün kifayət qədər effektiv formada fəaliyyətə imkan verir. Aydındır ki, normal tənzimləmə olduğu halda kazinolar ölkəyə turist cəlb edir, yeni iş yerləri yaradır və verdiyi vergilərlə dövlət büdcəsinin gəlirinin artırılmasına şərait yarada bilir”, - deputat deyib. 

2024-cü ilin oktyabrında Rusiya vətəndaşı olan əslən azərbaycanlı biznesmen və müğənni, Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov Nardaran qəsəbəsində tikdirdiyi “SeaBreeze” kurort kompleksində kazino açmaq istəyini səsləndirib. 

O, rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində deyib ki, hökumət kazinoların qanuniləşdirilməsi ideyasını nəzərdən keçirir. Bu çıxışdan sonra hökumətyönlü media və deputatlar kazinoların qanuniləşdirilməsini əsaslandıran çıxışlar etməyə başlayıblar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Səməd Seyidov AŞPA qətnaməsi barədə: “Bu kağız parçasının bizim üçün heç bir əhəmiyyəti yoxdur”

25 İyun 2026

Açıq mənbə

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qətnaməsi qərəzli və birtərəflidir, bu kağız parçasının bizim üçün artıq heç bir əhəmiyyəti yoxdur."  Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.  İyunun 24-də AŞPA-da Azərbaycan hökumətini tənqid edən qətnamə qəbul olunub. Qətnamədə hökumətdən həbsdə olan jurnalistlərin dərhal azad edilməsi və onlara qarşı törədilmiş bütün cinayətlərin lazımi qaydada araşdırılması təcili şəkildə tələb edilir.  "Bu addımlar bir daha göstərir ki, həmin təşkilat nə dərəcədə birtərəfli, ikili standartlara xidmət edən və qeyri-obyektiv mövqedən çıxış edir. Onlar bu addımlarla Avropa institutlarını nüfuzdan salır, bununla da Avropanın gələcəyinə və cazibədarlığına zərbə vururlar....
Siyasət

"Amnesty International": 'Tofiq Yaqublunun dizində ağrılar var, o, dərhal azad olunmalıdır"

25 İyun 2026

Sosial media

"Amnesty International" beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə növbəti dəfə kampaniyaya başlayıb.  Kampaniya çərçivəsində təşkilat ictimaiyyəti Azərbaycan prezidenti İlham Əliyevə siyasətçinin azad edilməsi barədə müraciət ünvanlamağa çağırıb. Müraciət üçün şablon mətn hazırlanıb.  Təşkilat bildirir ki, həbsxanada T.Yaqublunun dizində ağrılar və şiş yaranıb və bu, onun yeriməsində çətinliyə səbəb olur. "Tofiq Yaqublunun dizindəki şiş onun Kürdəxanıda istintaq təcridxanasında saxlanıldığı dövrdə sənədləşdirilmiş və o, bir neçə dəfə müayinədən keçmişdir. Əvvəlcə həbsxana əməkdaşları ona dizlikdən istifadə etməməyi tövsiyə etmişdilər. Lakin MRT müayinəsindən sonra həkim qəti şəkildə bildirib ki, dizlik mütləq istifadə olunmalıdır. Ağrılar o qədər...

Seçilmiş Videolar

Toplum TV loqo