Siyasət

Moldovada hakim Avropayönlü partiya seçkidə qalib gəlib 

29 Sentyabr, 2025
52

Foto: AFP

Moldovanın hakim Avropayönlü partiyası Rusiyayönlü rəqibinə qarşı mühüm parlament seçkilərində qalib gəlib. 

Bu nəticə Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı davamlı iddialara baxmayaraq, Moldovanın Avropa İttifaqına (Aİ) üzvlük prosesini davam etdirmək üçün əhəmiyyətli sayılır. 

Müşahidəçilər və partiya rəsmiləri sentyabrın 28-də keçirilən seçkini Moldovanın müstəqillik tarixində ən mühüm seçki adlandırıblar. Səsvermə Aİ ilə daha sıx inteqrasiya və ya Rusiyanın təsir dairəsinə qayıdış arasında seçim kimi dəyərləndirilirdi.

Səslərin 99%-dən çoxunun sayılmasından sonra Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, hakim Hərəkət və Həmrəylik Partiyası 50,05% səs toplayıb, Rusiyayönlü müxalif Vətənpərvər Blok isə 24,3% səs qazanıb.

Moldova prezidenti və hakim partiyanın rəhbəri Maya Sandu paytaxt Kişinyovda səs verərkən jurnalistlərə bu seçkidə “çox şeyin taleyinin həll olunduğunu” bildirib.

“Moldova demokratiyasını möhkəmləndirmək, öz məkanını qorumaq və Aİ-yə inteqrasiya yolunu davam etdirmək imkanı əldə edəcək", - o deyib. 

Sandudan əvvəl Moldovanın prezidenti olmuş Vətənpərvər Blok koalisiyasının rəhbəri İqor Dodon isə parlament qarşısında bazar ertəsi etiraz aksiyalarına çağırıb.

Hərəkət və Həmrəylik Partiyası 2021-ci ildən bəri parlamentdə çoxluğa malikdir. Onun irəliləyişi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının yaratdığı təhlükə və iqtisadi böhranla əngəllənsə də, müharibə Moldovanın Aİ-yə üzvlük yolunu kəskin şəkildə sürətləndirdi və Sandu Moldovanın tam şəkildə Rusiyadan qaz asılılığını aradan qaldırdı.

Moldova 2023-cü ildə Aİ üzvlüyünə namizəd ölkə statusu qazanıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Netanyahu: Trampı mən idarə etmirəm

29 Sentyabr 2025

Foto: Avi Ohayon/GPO

İsrail baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla münasibətlərindən danışıb.  Sentyabrın 28-də "Fox News" telekanalına danışan baş nazir Trampı İsrail üçün "inanılmaz müttəfiq" adlandırıb.  "Bəlkə də hər şeydə razı deyilik, amma əsas məsələlərdə bir-birimizlə razıyıq. Tramp bizim üçün inanılmaz müttəfiq və dostdur. Onun kimisi olmayıb. Hələ 1-ci prezidentliyi dövründə Yerusalimi İsrailin paytaxtı kimi tanıyıb, ABŞ səfirliyini ora köçürüb. İndi də İranın nüvə proqramını sıradan çıxarmaqda kömək etdi", - o deyib.  Netanyahu daha sonra Trampı və onun xarici siyasətini idarə etdiyi ilə bağlı açıqlamalara cavab verib.  "Tramp özü nəyin ABŞ-nin marağında olduğuna qərar verir. Mən heç nəyə qərar vermirəm. O,...
Siyasət

Azərbaycanlı fəal Türkiyədə təcridxanada “terrorçu” adı ilə saxlanılır 

26 Sentyabr 2025

Foto: sosial media

Azərbaycanlı fəal Nənəxanım Babazadə Türkiyədə deportasiya olunması nəzərdə tutulanlar üçün ayrılan təcridxanada “xarici terrorçu döyüşçü” adı ilə saxlanılır.  “OC Media”nın məlumatına görə, İstanbul Universitetinin antropologiya fakültəsinin tələbəsi olan N.Babazadə avqustun 21-də işlədiyi kafedə həbs edilib.  O, ifadəsində üstündə axtarış aparılmasına etiraz etdiyinə görə polislərin fiziki zorakılığına və təhqirlərinə məruz qaldığını deyib. Saxlanıldıqdan bir gün sonra məcburi tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılan fəalın tibbi sənədlərində bədəninin müxtəlif hissələrində göyərmə və şişkinlik olduğu qeyd olunub. Çatalca Deportasiya Mərkəzində saxlanılan N.Babazadənin vəkillərlə görüşməsinə həbsindən yalnız 4 gün sonra icazə verilib.  Vəkil Ahmet Baran Çelikin “OC Media”ya dediyinə görə, N.Babazadə həbsdə olduğu ilk...

Seçilmiş Videolar

Toplum TV loqo