prezident.az
İsrailin Baş naziri Benjamin Netanyahu mayın 8-də Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə aprelin 28-də “The Times of Israel” qəzeti məlumat yayıb.
Qəzet xəbər verir ki, baş nazir Azərbaycan Prezidenti İlham Əliyevlə, həmçinin ölkənin yəhudi icmasının nümayəndələri ilə görüşəcək.
Netanyahunun Azərbaycana səfər edəcəyi barədə daha öncə İsrail mətbuatında məlumat getsə də, tarix bəlli deyildi.
Netanyahunun Azərbaycana son səfəri 2016-cı ildə baş tutub.
Onun bu dəfəki səfəri İsrailin Qəzza zolağını bombalamağa davam etdiyi dövrə təsadüf edir. Beynəlxalq Cinayətlər Məhkəməsinin Qəzzadakı müharibə cinayətlərinə görə Netanyahu haqda həbs orderi olsa da, Azərbaycan bu məhkəməyə üzv deyil.
Səfər, həmçinin İranın nüvə proqramının dünya gündəmində olduğu, İsrailin isə ABŞ-ın İran nüvə obyektlərini vurması üçün israr etdiyi vaxta təsadüf edəcək.
İran Prezidenti Məsud Pezeşkian da aprelin 28-də Azərbaycana rəsmi səfər edib, Əliyevlə görüşüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Pezeşkian: "Münasibətlərimizə xələl gətirmək istəyənlərin təsirinə düşməməliyik"
president.az
Reuters