Siyasət

Polis AXCP fəalını saxlayıb

1 Noyabr, 2022
1998

Rəsmi səhifə

Xalq Cəbhəsi Partiyasının üzvü Emin Axundov oktyabrın 31-də saxlanılıb. 

Atasının verdiyi məlumata görə, saat 19:30-da Abşeron rayonunun iki polis əməkdaşı Eminin evinə gəlib və onu aparıb.

"Onlar deyiblər ki, Emini "əhəmiyyətsiz bir məsələ" ilə bağlı aparırlar və narahat olmağa dəyməz. Amma indiyədək Emindən heç bir xəbər yoxdur", - deyə ata çərşənbə axşamı səhər bildirib.

https://toplum.tv/siyaset/dtx-medeniyyet-nazirliyinde-emeliyyat-kecirdi-saxlanilan-var

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə "Turan"-a bildirib ki, Emin Axundov sosial şəbəkələrdə nəşrləri ilə əlaqədar polisə çağırılıb.

"Məlum olub ki, onun yazdıqlarının heç bir hüquqi əsası yoxdur. Hazırda araşdırma aparılır", - deyən Hacıyev Axundovun konkret olaraq nə yazdığına dəqiqlik gətirməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo