Siyasət

Pezeşkian İsrailin Azərbaycanın səmasının istifadəsinin araşdırılmasını istəyib

27 İyun, 2025
172

Foto: Prezident.az

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevdən İsrailin İrana hücumlarda Azərbaycan səmasının istifadəsinin araşdırılmasını istəyib. 

Bu barədə İran dövlət mətbuatı xəbər yayıb. 

Xəbərdə deyilir ki, iyunun 26-da telefon zəngində Pezeşkian, həmçinin, Azərbaycan hökumətinə və xalqına İsrail hücumları qarşısında İran xalqı ilə "həmrəylik nümayiş etdirdiyi üçün" təşəkkür edib. 

Xəbərə əsasən, Əliyev öz növbəsində Azərbaycanın İrana qarşı hücumları birmənalı şəkildə qınadığını deyib və "günahsız insanların ölümlərindən təəssüf hissi" keçirdiyini ifadə edib. 

Əliyevin, həmçinin, Azərbaycan səmasının İsrail tərəfindən istifadəsinə icazə verildiyi barədə "şaiyələri inkar etdiyi" bildirilir. 

Azərbaycan tərəfinin yayımladığı telefon danışığının pres-rilizi isə daha məhdud olub. Burada sadəcə Əliyevin İran Prezidentini İsraillə atəşkəs münasibətilə təbrik etdiyi və ikitərəfli əməkdaşlığı müzakirə etdiyi, habelə Pezeşkianı yenidən Azərbaycana dəvət etdiyi deyilib. 

Azərbaycan iyunun 13-də İsrailin İrana zərbələri ilə başlayan münaqişə ərzində bir dəfə bəyanat verib.

 İyunun 13-də Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda Azərbaycanın hərbi əməliyyatdan narahat olduğu və tərəfləri sülhə çağırdığı qeyd olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“AŞPA Azərbaycanda insan hüquqları məsələsini gündəmə gətirə bilər”

25 İyun 2025

Foto: AŞPA

İyunun 23-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası start götürüb.  2024-cü ildə quruma göndərdiyi nümayəndə heyətinin mandatı təsdiq olunmadıqdan sonra Azərbaycan bu sessiyaya da yeni heyət göndərməyib.  Bunu sessiyada iştirak edən hüquqşünas, III Respublika Platformasının qurucu üzvü Səməd Rəhimli Toplum TV-yə deyib.  “Bildiyimiz kimi, Azərbaycanla AŞPA arasında münasibətlər artıq bir il yarımdır ki, tamamilə donub. Buna görə də, tərəflər arasında heç bir əməkdaşlıq mövcud deyil və Azərbaycandan AŞPA-ya qarşı tənqidlər səsləndirilir. Buna baxmayaraq, AŞPA-da Azərbaycanda insan hüquqlarının vəziyyəti aktual olaraq qalır və burada bir sıra qruplar bu məsələnin qaldırılmasının vacibliyinə inanırlar. AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatı...
Siyasət

İsrail: “Qalxan Şir” əməliyyatı bütün hədəflərinə çatıb

24 İyun 2025

Foto: AFP

İsrail ABŞ Prezidenti Donald Trampın təklif etdiyi, İranla hərbi münaqişənin dayandırılmasına əsaslanan atəşkəsə razılaşıb.  Bu barədə İsrail Xarici İşlər Nazirliyi iyunun 24-də yaydığı bəyanatda bildirib.  Bəyanatda deyilir ki, İsrail Baş naziri Benyamin Netanyahu iyunun 23-ü gecə saatlarında təhlükəsizlik kabinetinin iclasını çağırıb.  “Baş nazir İrana qarşı başladılan “Qalxan Şir” əməliyyatının bütün hədəflərinə və daha artığına çatdığını bildirib”, - deyə qeyd olunur.  “İsrail üzərindən həm nüvə məsələsində, həm də ballistik raketlərlə bağlı olan ikili təhlükəni aradan qaldırıb. İsrail Müdafiə Qüvvələri (IDF) Tehran səmasında tam hava üstünlüyü əldə edib, hərbi rəhbərliyə ağır zərbə endirib və İran rejiminin onlarla hədəfini məhv edib.  Son bir...

Seçilmiş Videolar

Toplum TV loqo