Siyasət

AXCP Daşkəsən şöbəsinin sədri həbs olunub

14 İyun, 2025
352

Foto: Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Ruzi Bağırov iyunun 13-də 30 sutkalıq inzibati qaydada həbs olunub. 

Bu barədə AXCP sədri Əli Kərimli "Facebook" səhifəsində xəbər verib. 

Məlumata görə, Bağırov İnzibati Xətalar Məcəlləsinin polisə müqavimət göstərmək maddəsilə həbs olunub.

AXCP Daşkəsən şöbəsinin keçmiş sədri Sahib Məmməzadənin ötən il narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilməsini xatırladan Kərimli bunu "ölkədə repressiyaların miqyasının genişlənməsi kimi" qiymətləndirib. 

"Ölkəmizdə siyasi məhbusların sayının 375 nəfəri keçdiyi bir şəraitdə repressiyaları dayandırmağın tək bir yolu var. Rejimin rəqib siyasi düşərgədən hər bir qanunsuz həbsi ümumxalq qınağına məruz qalmalıdır. Xalqımız hər fürsətdə öz iradəsini ortaya qoymalıdır ki, siyasi həbslərə qarşıdır və bütün siyasi məhbuslara azadlıq tələb edir", - o yazıb. 

Son aylarda AXCP-in 10-a yaxın üzvü inzibati qaydada həbs olunub. Əlavə olaraq isə partiyanın ən az 15 üzvünə cinayət işi açılıb. 

Onlar ittihamları rədd edir və siyasi fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Həyat yoldaşı: "Azər Qasımlının qaldığı 4 nəfərlik kamerada 6 nəfər saxlanılır, biri Hepatit C xəstəsidir"

11 May 2026

Sosial media

Həbsdə olan müxalif siyasətçi Azər Qasımlının saxlanıldığı Umbakı Pentensiar Kompleksində məhbusların saxlanma qaydalarının pozulduğu bildirilir.  Bu barədə onun həyat yoldaşı Samirə Qasımlı sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, A.Qasımlının saxlanıldığı kamera 4 nəfər üçün nəzərdə tutulsa da, kamerada 6 nəfər saxlanılır, onların biri isə "Hepatit C" xəstəliyindən əziyyət çəkir.  "Azər şəxsən müraciət etmişdi ki, bu adamın ayaqları şiş vəziyyətində (qanqrena əlamətləri) olduğu üçün təcili xəstəxanaya yerləşdirilməlidir və müalicə olunmalıdır. Bundan sonra xəstə məhbus Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldü. Lakin bir həftədən sonra, məhbusun dediyinə görə, baş həkimin xəbəri olmadan müalicəsi yarımçıq saxlanılaraq rəisin göstərişi ilə o, yenidən Umbakıya...
Siyasət

AP-də Azərbaycanla bağlı dinləmə: “Avropa Şurasına üzvlük Azərbaycana mətbuat azadlığını qoruma öhdəliyi yaradır”

8 May 2026

açıq mənbə

Mayın 7-də Avropa Parlamentinin İnsan hüquqları altkomitəsində Azərbaycanda insan hüquqlarına dair vəziyyətlə bağlı dinləmə keçirilib.  Dinləmədə çıxış edən hüquq müdafiəçisi Səməd Rəhimli Azərbaycanda siyasi müxalifətə qarşı yeni cinayət işlərinə nümunə olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin dövlət çevrilişinə cəhd ittihamı ilə həbsini və mühacirlərə qarşı hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə açılan cinayət işlərini göstərib.  "Azərbaycan hakimiyyəti Cinayət Məcəlləsini müxtəlif cür şərh etməklə qanunları siyasi müxalifətə qarşı öz əlində silaha çevirir. Jurnalistlərə qarşı isə maliyyə ilə bağlı cinayətlərlə əlaqəli ittihamlar irəli sürülür", - o qeyd edib.  Daha sonra çıxış edən "Qəzetçi" nəşrinin baş redaktoru Leyla Mustafayeva isə...

Seçilmiş Videolar

Toplum TV loqo