Siyasət

Şamo Emin azadlığa buraxılıb

29 Dekabr, 2024
97

açıq mənbədən götürülüb

"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Emin azadlığa buraxılıb.

Onun barəsində seçilmiş qətimkan tədbiri ləğv edilib.

Kanal 13 internet televiziyasının əməkdaşı olan Ş.Emin ötən ilin dekabrında kanalın icraçı direktoru Əziz Orucov saxlanıldıqdan az sonra həbs edilmişdi.

Ş.Eminə qarşı Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmışdı.

Bugünlərdə Əziz Orucovun məhkəməsi başlayıb. O, 2023-cü ilin noyabrında qanunsuz tikinti aparmaq ittihamı ilə saxlanılsa da, sonradan ona qarşı daha ağır maddə irəli sürülmüşdü, qaçaqmalçılıqda təqsirləndirilirdi. İstintaq bir ilə yaxın davam edib və iş məhkəməyə gedərkən məlum olub ki, qaçaqmalçılıq əməlləri sübuta yetirilmədiyi üçün Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsinə xitam verilib. Beləliklə də məhkəmə yalnız 188.2 (Mülkiyyət hüququ olmayan torpaqda özbaşına tikinti işlərinin aparılması) maddəsi üzrə verilən ittihamı araşdıracaq.

Əziz Orucov ilk gündən ittihamları rədd edib, həbsini Kanal13-ün  fəaliyyəti ilə əlaqələndirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Fərid Mehralızadə: “Siyasi həbslər bütün vətəndaşları narahat etməlidir”

1 May 2025

sosial media

“Abzas Media" işi üzrə həbsdə olan, Azadlıq Radiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadə 3 May - Dünya Mətbuat Azadlığı Günü münasibətilə ictimaiyyətə məktub ünvanlayıb.  Azadlıq Radiosunun dərc etdiyi məktubda Mehralızadə Azərbaycanda müstəqil medianın son illərdə demokratik mühitdə “nəfəslik” rolunu oynadığını yazıb.  “Son iki il ərzində ölkədə jurnalist həbslərinin kütləvi xarakter alması, eləcə də media sahəsində yeni qanunvericilik təşəbbüsləri məhz bu nəfəsliyin də qapadılmasına və son nəticədə ölkədə ictimai münasibətlərin tamamilə yekcins xarakter almasına hesablanıb", - o qeyd edib.  İqtisadçının fikrincə, jurnalistlərin və fəalların həbsi bütün Azərbaycan vətəndaşlarını narahat etməlidir.  “Müstəqil media orqanlarının fəaliyyət imkanlarının məhdudlaşdırılması siyasi və ictimai mövqeyindən asılı...
Siyasət

Ombudsman: “Amnesty International” ədalət prinsiplərindən uzaqdır

1 May 2025

açıq mənbədən götürülüb

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatının baş katibi Aqnes Kallamarda etiraz məktubu ünvanlayıb. Məktubda təşkilatın bu yaxınlarda 2024-cü ildə dünyada insan hüquqlarının vəziyyətinə dair yayımladığı hesabatda Azərbaycana qarşı “həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli məlumatların” yayımlandığı iddia olunur.  Ombudsman bildirib ki, bu cür məlumatlar “həmin təşkilatın insan hüquqları sahəsində obyektivlik və ədalət prinsiplərindən uzaq olduğunu bir daha sübut edib”.  Lakin məktub haqda ombudsmanın saytında gedən bəyanatda hansı məlumatlardan söhbət getdiyi açıqlanmayıb.  Əliyeva, həmçinin “Amnesty International”ın hesabatına cavab olaraq ötən ilin noyabrında Bakıda keçirilmiş BMT-nin iqlim dəyişikliyi konfransının “təmsilçilik baxımından geniş əhatəyə malik olduğunu,...

Seçilmiş Videolar

Toplum TV loqo