Siyasət

Ərdoğan: “Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək”

9 Yanvar, 2025
11

report

Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə yanvarın 8-dəki telefon danışığı zamanı bildirib.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

R.T.Ərdoğan ölkələr arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini,  ölkəsinin Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyib, Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunur.

İlham Əliyevinsə Azərbaycanla Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını vurğuladığı deyilir.

Bildirilir ki, telefon söhbəti zamanı 2025-ci ildə iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, dövlət başçıları təmasların davam etdirilməsini qeyd ediblər.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Dənizkənarı Bulvar İdarəsinin keçmiş sədrinin həbs müddəti uzadılıb

9 Yanvar 2025

apa

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin keçmiş sədri  İlqar Mustafayevin həbs müddəti daha 4 ay uzadılıb.  Korrupsiya ittihamı ilə həbs edilən Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.  Həmin müddətin istintaqın aparılması üçün kifayət etmədiyini bildirən prokuror məhkəməyə təqdimat verərək, həbs müddətinin daha bir neçə ay uzadılmasını istəyib. Məhkəmə təqdimatı təmin edib. İ. Mustafayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2 milyondan çox mənimsəmədə ittiham edilir.  
Siyasət

Keçmiş Gəncə məhbusu Elvin Nəzərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

9 Yanvar 2025

Elvin Nəzərov/şəxsi arxiv

Yanvarın 9-da Şəki Ağır Cinayətlər Məhkəməsində keçmiş Gəncə məhbusu Elvin Nəzərova hökm oxunub. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elvin Nəzərov şiə dindarların kütləvi şəkildə həbs edildiyi dönəmdə narkotik ittihamı ilə tutulmuşdu. Bu, onun ilk həbsi deyil. 2018-ci il iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumdan sonra həbs olunan Elvin Nəzərov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2021-ci ilin yanvarında cəza müddəti bitdiyi üçün azadlığa çıxmışdı.    

Seçilmiş Videolar

Toplum TV loqo