Siyasət

Amnesty International: “Rüfət Səfərovun həbsi həqiqəti söyləməyə cəsarət edən hər kəsi qorxutmağa yönəlib”

5 Dekabr, 2024
19

açıq mənbədən götürülüb

"Rüfət Səfərovun uydurma dələduzluq və xuliqanlıq ittihamları ilə həbsi Azərbaycan hakimiyyətinin ölkədəki özgəfikirliləri susdurmaq üçün yorulmaz səylərinin daha bir bariz nümunəsidir”.

Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers hüquq müdafiəçisi Rüfət Səfərovun həbsinə belə reaksiya verib (Turan). Onun qənaətincə, Rüfət Səfərovun saxlanılması hüquq müdafiəçilərinin işini pozmağa, ölkədə insan hüquqları ilə bağlı vəziyyətin monitorinqinə mane olmağa və hakimiyyətə həqiqəti söyləməyə cəsarət edən hər kəsi qorxutmağa yönəlib. 

“Təsadüfi deyil ki, bu, COP29-dan, Azərbaycana beynəlxalq diqqətin zəifləməsindən dərhal sonra baş verib”, M.Strazers bildirib və əlavə edib ki, Azərbaycan hakimiyyəti Rüfət Səfərovu dərhal azad etməlidir. 

“Çünki o, sadəcə, öz hüquqlarının dinc yolla həyata keçirilməsinə görə saxlanılıb. 

Hakmiyyət ölkədəki hər bir insanın hüquqlarına, o cümlədən ifadə və birləşmə azadlığı hüququna hörmət etməli, müdafiə etməli, təşviq etməli və əməl etməlidir. Hüquq müdafiəçilərinin və hökumət tənqidçilərinin təqib edilməsi ədalətlilik prinsipini və insan hüquqları sahəsində beynəlxalq standartları pozur".

Dekabrın 3-də saxlanılan Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma)  və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.O, ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.

Əvvəllər Zərdab Rayon Prokurorluğunda müstəntiq işləyən R.Səfərov  2015-ci ildə işdən çıxaraq, hökuməti tənqid etmişdi. Bundan sonra o, doqquz il həbs edilmişdi. 2019-cu ildə əfv edilərək azaldığa çıxmışdı. Bundan sonra o, hüquq müdafiəçisi kimi fəaliyyət göstəriridi.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Qəzanı hərtərəfli araşdırmağa çağırırıq – NATO-nun spikeri

26 Dekabr 2024

açıq mənbədən götürülüb

NATO-nun sözçüsü Fərəh Daxlallah Bakı-Qroznı reysilə uçan təyyarənin qəzaya uğramasıyla bağlı paylaşım edib. “#AzerbaijanAirlines #J28243 reysinin qurbanları və ailələri diqqətimizdədir, onlara dua edirik. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və qəzanı hərtərəfli araşdırmağa çağırırıq” – Daxlallah “X” platformasındakı səhifəsində belə yazıb.
Siyasət

AZAL-ın təyyarəsi "Pantsir-S1" raket sistemi ilə vurulub – hərbi ekspertlər

26 Dekabr 2024

açıq mənbədən götürülüb

AZAL-ın qəzaya uğrayan təyyarəsinin füzelajındakı dəliklər "Pantsir-S1" raketinin zərbəsinin nəticələrinə oxşayır - xarici və Rusiya hərbi ekspertlərinin əksəriyyəti belə nəticəyə gəlib (“Turan”). OSINT (Open source intelligence) analitikləri qeyd edirlər ki, quşlarla toqquşma və ya qəza zamanı belə zədələnmələrin olması qeyri-mümkündür. Quş sürüsü ilə toqquşma zamanıı əziklər əmələ gəlir, burada isə qəlpə dəlikləri görünür. Hərbi ekspert Yan Matveyev qəza videosunda “Rosaviasiya”nın iddiasını - oksigen balonunun partlaması izlərinin göründüyünü istisna edir. Təyyarənin gövdəsində - quyruq hissəsindən ortasına qədər çoxsaylı zədələnmələrin olması öldürücü silahla vurulmuş zərbənin sübutudur. Bu izlər təyyarənin "Pantsir-S1" kompleksinə aid raket zərbəsilə vurulması zamanı yarana bilər, deyə ekspert əlavə edib....

Seçilmiş Videolar

Toplum TV loqo