Siyasət

Qəzanı hərtərəfli araşdırmağa çağırırıq – NATO-nun spikeri

26 Dekabr, 2024
25

açıq mənbədən götürülüb

NATO-nun sözçüsü Fərəh Daxlallah Bakı-Qroznı reysilə uçan təyyarənin qəzaya uğramasıyla bağlı paylaşım edib. #AzerbaijanAirlines #J28243 reysinin qurbanları və ailələri diqqətimizdədir, onlara dua edirik. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və qəzanı hərtərəfli araşdırmağa çağırırıq” – Daxlallah “X” platformasındakı səhifəsində belə yazıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Təyyarəni Rusiya vurub – Azərbaycan hakimiyyətindəki mənbə

26 Dekabr 2024

açıq mənbədən götürülüb

Azərbaycan hökumətindəki mənbə bu gün “Euronews” nəşrinə bildirib ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasına səbəb Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulmasıdır (https://www.euronews.com/2024/12/26/exclusive-preliminary-investigation-confirms-russian-missile-over-grozny-caused-aktau-cras). Onun sözlərinə görə, 8432 saylı reys Qroznı səmasında dronlar olan zaman vurulub, təyyarənin yaxınlığında partlamış raketin qəlpələri həm sərnişinlərə, həm də ekipaj üzvlərinə dəyib. Mənbə “Euronews”-a bildirib ki, qəza enişilə bağlı pilotların xahişlərinə baxmayaraq Rusiya hava limanlarından heç biri zədələnmiş təyyarənin enməsinə icazə verilməyib. Ekipaja Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhəri istiqamətində uçması əmr edilib. Məlumata görə, dəniz üzərində uçduğu bütün vaxt ərzində təyyarənin GPS naviqasiya sistemləri bloklanıb.
Siyasət

Vəkil: “Rail Abbasov Bəxtiyar Hacıyevə görə həbsdədir”

26 Dekabr 2024

Meydan TV

Dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Rail Abbasovun işi üzrə məhkəmə prosesi davam edib. İclasa hakim Mahirə Kərimova sədrlik edir. Abbasova qarşı irəli sürülmüş ittihama görə, o, mənzil alqı-satqısı zamanı Əsgər Həziyevin ona verdiyi 217 min manatı mənimsəyib. Əvvəlki iclasda dövlət ittihamçısı Rail Abbasova 8 il həbs cəzası istəyib. Bu gün vəkil Elçin Sadıqov müdafiə çıxışı edib. O bildirib ki, məhkəmə başlanan gündən müvəkkilinin müdafiə hüquqları pozulub: “Rail Abbasov siyasi məhbus Bəxtiyar Hacıyevin yaxın dostu olduğuna, onun müdafiəsində yaxından iştirak etdiyinə görə həbsdədir. Biz bunu üzə çıxarmaq üçün vəsatət verdik ki, məhkəmə sorğu göndərərək Rail Abbasov və zərərçəkən...

Seçilmiş Videolar

Toplum TV loqo