Siyasət

Fazil Qasımovun müdafiəsinə yeni qoşulmuş vəkil məhkəmədən vaxt istədi 

12 Dekabr, 2024
39

açıq mənbədən götürülüb

İqtisadçı-alim Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun və eyni iş üzrə həbs olunan Anar Əliyevin məhkəməsi davam edir. 

Dekabrın 12-də keçirilən məhkəmə prosesində məlum olub ki, Fazil Qasımov vəkil Fuad Ağayevlə müqavilə bağlayıb. Vəkil iş materialları ilə tanış olmaq üçün hakimdən vaxt istəyib.  

Fazil Qasımov da hakimə xatırladıb ki, iş materialları ilə tanış deyil. Buna görə avqustda təqdim etdiyi vəsatət hələ də baxılmamış saxlanılıb. O, vəsatətə baxılmasını tələb edib. Məhkəmə iclası dekabrın 19-dək təxirə salınıb. 

Ötən məhkəmə iclasında dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan etmişdi. Sənədlərdə qeyd olunur ki, bu cinayət işinin başlanmasına səbəb Anar Əliyevin qanunsuz silah və saxta əskinas əldə edib üzərində gəzdirməsi ilə bağlı DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində toplanmış ilkin təhqiqat materialları olub. 

O, ötən il iyulun 20-də şübhəli şəxs qismində saxlanılıb, ertəsi gün ittiham elan olunaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Onun ifadəsi əsasında iyulun 24-də Qubad İbadoğlu həbs olunub, avqustun 5-də Fazil Qasımov axtarışa verilib. Avqustun 7-də yaşadığı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib, istintaq orqanına təhvil verilib. 

İttihama görə, Fazil Qasımovun tanışları Anar Əliyev və Qubad İbadoğlu ilə saxta xarici valyuta əldə etmək üçün öz aralarında vəzifə bölgüsü aparıblar. Onun 2022-ci ilin yayından 30 iyunadək İstanbulda ofset çap üsulu ilə hazırlanmış 210 ədəd saxta 100 ABŞ dollarını istintaqa məlum olmayan mənbədən əldə etdiyi deyilir. F.Qasımov Azərbaycanda satışını təşkil etmək üçün iyunun 23-dən 30-dək İstanbulda yenə istintaqa məlum olmayan yerdə və vaxtda görüşləri zamanı həmin saxta əskinasları Qubad İbadoğluna verib. Qubad İbadoğlu saxta əskinasları Azərbaycana gətirib. İyulun 17-də saxta yüzlüklərdən on ədədini Anar Əliyevə verib, qalanını isə Nərimanov rayonu ərazisindəki  qeydiyyatda olduğu ünvanda saxlayıb, ittihamda deyilir. 

Xatırlatma 

Türkiyədə yaşayan Qasımov iqtisadçı Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu ötən ilin iyulunda həbs edilib. Bu ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. May ayında isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarəri altına verilib. 

Hazırda Fazil Qasımovla Anar Əliyevin işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

İlhamiz Quliyevin anası məhkəmədə: “Möhkəm ol, oğlum, kişinin başına iş gələr”  

12 Dekabr 2024
Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal İlhamiz Quliyevə hökm oxunub. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.  Hökmdən əvvəl vəkilləri Zibeydə Sadıqova və Rövşanə Rəhimli müdafiə çıxışı edib. Onlar İlhamiz Quliyevin ötən ilin sentyabrında Abzas Mediaya verdiyi müsahibəyə görə qisas məqsədilə həbs olunduğunu, işgəncəyə məruz qaldığını və şərləndiyini bildiriblər. Qeyd ediblər ki, müdafiə tərəfi bunu sübuta yetirmək üçün çoxsaylı vəsatətlər versə də, məhkəmə təmin etməyib. Bundan başqa, istintaq və məhkəmə dövründə İlhamiz Quliyevin hüquqları kobud şəkildə pozulub.  “İlhamiz Quliyev başına gələnlərlə bağlı Fuad Ələsgərovun qəbuluna yazılmaq üçün evdən çıxanda bir həftə ərzində onu izləmiş polislər tərəfindən hücuma məruz...
Siyasət

Ermənistan və Fransa müdafiə sahəsində yeni əməkdaşlıq proqramı imzaladılar

Bakının reaksiyası

12 Dekabr 2024

MassisPost

Yerevanda Fransa və Ermənistan arasında 2025-ci il üçün əməkdaşlıq proqramı imzalanıb (https://t.me/jamnewsru/21027).   Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, proqram müdafiə sahəsində əməkdaşlığa aiddir və silahlı qüvvələrin bu sahədəki bütün fəaliyyət istiqamətlərini  əhatə edir. Aşıqlamada bildirilir ki, Ermənistan-Fransa strateji məsləhətləşmələrində müdafiənin planlaşdırılmasına, hərbi təhsil və təlimlərə, məsləhət dəstəyinə, müxtəlif qoşun növlərinin hazırlığına və hərbi-texniki əlaqələrə xüsusi diqqət yetirilib.  2024-cü ilin iyununda Yerevan və Parisin mövcud hərbi-texniki əməkdaşlığı dərinləşdirdikləri bildirilmişdi. Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornyu (Sebastien Lecornu) demişdi ki, söhbət “Sezar” (“Caesar”) haubitsalarının tədarükündən gedir. Ermənistan və Fransa 2023-cü ilin oktyabr ayında hərbi əməkdaşlıq sazişi imzalayıblar. Tərəflər Ermənistana “mülki əhalini qoruyacaq və...

Seçilmiş Videolar

Toplum TV loqo