Siyasət

Ermənistan və Fransa müdafiə sahəsində yeni əməkdaşlıq proqramı imzaladılar

Bakının reaksiyası

12 Dekabr, 2024
10

MassisPost

Yerevanda Fransa və Ermənistan arasında 2025-ci il üçün əməkdaşlıq proqramı imzalanıb (https://t.me/jamnewsru/21027).  

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, proqram müdafiə sahəsində əməkdaşlığa aiddir və silahlı qüvvələrin bu sahədəki bütün fəaliyyət istiqamətlərini  əhatə edir.

Aşıqlamada bildirilir ki, Ermənistan-Fransa strateji məsləhətləşmələrində müdafiənin planlaşdırılmasına, hərbi təhsil və təlimlərə, məsləhət dəstəyinə, müxtəlif qoşun növlərinin hazırlığına və hərbi-texniki əlaqələrə xüsusi diqqət yetirilib. 

2024-cü ilin iyununda Yerevan və Parisin mövcud hərbi-texniki əməkdaşlığı dərinləşdirdikləri bildirilmişdi. Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornyu (Sebastien Lecornu) demişdi ki, söhbət “Sezar” (“Caesar”) haubitsalarının tədarükündən gedir.

Ermənistan və Fransa 2023-cü ilin oktyabr ayında hərbi əməkdaşlıq sazişi imzalayıblar.

Tərəflər Ermənistana “mülki əhalini qoruyacaq və sərhədlərin mühafizəsini təmin edəcək silahlar” verilməsinə razılaşıblar. Fransa bu ölkəyə “GM 200” radiolokasiya stansiyaları və qısa mənzilli  “Mistral” raketləri tədarük etməyi öhdəsinə götürüb.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevsə  jurnalistlərə açıqlamasında deyib ki, Ermənistana verilən hücum silahları ciddi narahatlıq doğurur. O, bu prosesdə Fransanın rolunu xüsusi olaraq qeyd edib.

"Təəssüf ki, Fransa beynəlxalq öhdəliklərinə və NATO və Avropa İttifaqının üzvü statusuna zidd olaraq, silahlanma proqramında iştirak edir", deyə o bildirib. 

İkinci Dünya Müharibəsindən sonrakı təcrübəni xatırladan Prezidentin köməkçisi hesab edir ki, təcavüzkar ölkəyə qarşı "müəyyən məhdudiyyətlər" tətbiq edilməli, Ermənistanın silahlanması "məsuliyyət parametrləri" çərçivəsində həyata keçirilməlidir.

Hikmət Hacıyev Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının müşahidəçi missiyasının fəaliyyətinin dayandırılması haqda rəsmi Bakının tələbini təkrar edib. 

"Aİ missiyası regionda sülhün bərqərar olmasına töhfə vermir. Bu, Ermənistan və Azərbaycandan asılıdır. Üçüncü tərəfin iştirakı yalnız gərginliyi artırır. Bundan başqa, ayrı-ayrı Avropa dövlətləri Aİ missiyası adı altında Ermənistanda öz maraqlarına xidmət edir", deyə Hikmət Hacıyev bildirib.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

İlhamiz Quliyevin anası məhkəmədə: “Möhkəm ol, oğlum, kişinin başına iş gələr”  

12 Dekabr 2024
Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal İlhamiz Quliyevə hökm oxunub. O, 3 il müddətinə azadlıqdan məhrum edilib.  Hökmdən əvvəl vəkilləri Zibeydə Sadıqova və Rövşanə Rəhimli müdafiə çıxışı edib. Onlar İlhamiz Quliyevin ötən ilin sentyabrında Abzas Mediaya verdiyi müsahibəyə görə qisas məqsədilə həbs olunduğunu, işgəncəyə məruz qaldığını və şərləndiyini bildiriblər. Qeyd ediblər ki, müdafiə tərəfi bunu sübuta yetirmək üçün çoxsaylı vəsatətlər versə də, məhkəmə təmin etməyib. Bundan başqa, istintaq və məhkəmə dövründə İlhamiz Quliyevin hüquqları kobud şəkildə pozulub.  “İlhamiz Quliyev başına gələnlərlə bağlı Fuad Ələsgərovun qəbuluna yazılmaq üçün evdən çıxanda bir həftə ərzində onu izləmiş polislər tərəfindən hücuma məruz...
Siyasət

Fazil Qasımovun müdafiəsinə yeni qoşulmuş vəkil məhkəmədən vaxt istədi 

12 Dekabr 2024

açıq mənbədən götürülüb

İqtisadçı-alim Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq Azərbaycana gətirilən İstanbul Universitetinin doktorantı Fazil Qasımovun və eyni iş üzrə həbs olunan Anar Əliyevin məhkəməsi davam edir.  Dekabrın 12-də keçirilən məhkəmə prosesində məlum olub ki, Fazil Qasımov vəkil Fuad Ağayevlə müqavilə bağlayıb. Vəkil iş materialları ilə tanış olmaq üçün hakimdən vaxt istəyib.   Fazil Qasımov da hakimə xatırladıb ki, iş materialları ilə tanış deyil. Buna görə avqustda təqdim etdiyi vəsatət hələ də baxılmamış saxlanılıb. O, vəsatətə baxılmasını tələb edib. Məhkəmə iclası dekabrın 19-dək təxirə salınıb.  Ötən məhkəmə iclasında dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan etmişdi. Sənədlərdə qeyd olunur ki, bu cinayət...

Seçilmiş Videolar

Toplum TV loqo