Siyasət

Hərbi ekspert Ədalət Verdiyev həbs edilib

25 Noyabr, 2024
259

report.az

Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş, hərbi ekspert kimi tanınan Ədalət Verdiyev haqqında cinayət işi açılıb. 

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, o, Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. 

Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Bildirilir ki, Ə.Verdiyev işğaldan azad olunmuş ərazilərə ötən il noyabrın 22-də təşkil olunmuş mediaturda Silahlı Qüvvələrin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra onu sosial şəbəkə hesabında yayıb. Bununla da onun qulluq səlahiyyətlərindən istifadə etməklə dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib, məlumatda qeyd olunur. 

Ədalət Verdiyev daha çox hakimiyyətyönlü ekspert kimi tanınır. O, istər Qarabağ müharibəsi, istərsə də ölkənin müdafiə, hərbi sahədə gördüyü işlərlə bağlı hakimiyyəti birmənalı şəkildə dəstəkləyib. 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Nigar Həzi: “Tofiq Yaqublu son günlərini yaşayır”

4 May 2025

sosial media

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublu aclıq aksiyasının 34-cü günündədir.  Yaqublunun qızı Nigar Həzi mayın 4-də “Facebook” səhifəsində xəbər verib ki, az əvvəl onunla görüşüblər. N.Həzi bildirib ki, Tofiq Yaqublu hər an həyatını itirə bilər və onun ölümü an məsələsidir. “Tofiq Yaqublunun çəkisi 77.8 kq-a düşüb. Vəziyyəti həddən artıq pisdir. Hətta məhkəmə gününə qədər sağ qalacağına güman belə yoxdur. Yeriyə bilmir, gözləri həddən artıq zəif görür. Görüşə əlil arabasında gətirdilər. Göz qapaqları güclə açılırdı. Başının və bədəninin tarazlığını saxlaya bilmir. Səsi güclə eşidilirdi. Rabitəsiz danışırdı. Gələn görüş gününə sağ qalmayacaq….”, - Nigar Yaqublu yazıb. Ailəsi təcili...
Siyasət

Jurnalist Nurlan Libre ağzını tikərək aclığa başlayır

3 May 2025

sosial media

Həbsdə olan jurnalist, “Portağal Media” saytının direktoru Nurlan Qəhrəmanlı (Libre) 3 May - Dünya Mətbuat Azadlığı Günü münasibətilə ağzını iynə ilə tikərək aclıq aksiyasına başlayacağını bildirib.  Nurlan Librenin “Facebook” səhifəsində paylaşılan müraciətdə bildirilir ki, o bunu “siyasi məzmunlu həbslərə etiraz etmək” və həbsdə olan siyasətçi  Tofiq Yaqubluya həmrəylik məqsədilə edəcək.  O, ağzını tikməsini isə “simvolik akt” adlandırır və bununla  dövlətə onu özündən başqa heç kimin susdura bilməyəcəyi mesajını verdiyini deyir.  N.Libre əlavə edib ki, aksiyanı tək həyata keçirmir və həbsdə olan digər jurnalist, “Kanal11” xəbər kanalının direktoru Teymur Kərimov da ona qoşulub. O qeyd edib ki, buna görə Kərimov təcridxanada...

Seçilmiş Videolar

Toplum TV loqo